1 iyul 2024-cü il
Gürcüstan Respublikasının “Gürcü Folkloru və Klassik Musiqi İttifaqı”nın təşkilatçılığı ilə Batumi şəhərində keçirilən Klassik Musiqi İfaçılarının Vl Beynəlxalq “Harmony” müsabiqə-festivalı uğurla başa çatdı.
Vl Beynəlxalq “Harmony” Müsabiqə-Festivalının əsas məqsədi müxtəlif ölkələrin milli mədəniyyətlərinin təbliğindən, gənclərin dünya görüşünün və intellektual səviyyələrinin inkişafından, yeni istedadların üzə çıxarılmasından və gənclər arasında təcrübə mübadiləsindən ibarətdir.
Bu il - 2024-cü il 01-09 iyul tarixləri arasında Gürcüstan Respublikasının Batumi şəhərində keçirilən dünyanın müxtəlif ölkələrinin iştirakçıların qatıldığı Vl Beynəlxalq “Harmony” müsabiqəsində ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə-müəllim heyəti müxtəlif nominasiyalar üzrə layiqli şəkildə təmsil etmiş oldu.
Nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris işləri üzrə” prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri ölkəmizə uğur qazandırdılar.
Müsabiqə çərçivəsində təşkil olunmuş Beynəlxalq Festivalda Bakı Musiqi Akademiyasının tələbələri uğurla çıxış edərək, Azərbaycan klassik musiqi mədəniyyətinin incilərini təqdim etdilər.
Müsabiqədə solo nominasiya üzrə Nərmin Quliyeva l yer, Fidan Musayeva l yer, İlqarə Talıbova l yer, Məsməxanım Allahverdiyeva lll yer, Nigar Həsənli lll yer, Məhəmmədəli Paşazadə Grand prix (konsertmeyster Məsməxanım Allahverdiyeva), duet nominasiyası üzrə Nərmin Quliyeva l yer (müəllim: professor Adilə Mayılova), Fidan Musayeva l yer (müəllim: Lalə Atakişiyeva) və BMA-nın İxtisas musiqi məktəb-studiyasının şagirdi Şəhla Qaziyeva lll yer, Tofiq Quliyev adına 12 nömrəli Musiqi Məktəbinin şagirdi Ərtoğrul Balayev l yerə layiq görülmüşlər.
Qeyd edək ki, müsabiqədə qonaq qismində Azərbaycanın Gürcüstandakı vitse konsulu Həsən Həsənov da iştirak etmişdir.
Festival-Müsabiqədə çıxış edən bütün iştirakçı musiqiçilərimizi təbrik edir və yeni sənət uğurları diləyirik!