• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11-18 may 2024-cü il

    2024-cü il  11-18 kimi may tarixlərində İtaliyanın Rimini şəhərində keçirilən “Open İtaly” musiqi festivalında ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova və Dövlət Simfonik Orkestrinin solisti Nərgiz Əliyeva uğurla təmsil edib,  birinci yer   qazanmışlar.

    Münsiflər heyətində müxtəlif ölkələrdən dəvət olunmuş musiqiçilər yer almışdılar: Bernardo Latini (bəstəkar), Xavier Garcia Cardona (pianoçu bəstəkar), Peter Broadbend (dirijor) və başqaları.

    Musiqiçilərimizin təqdim etdiyi proqramda Zərif Kərimovanın “Qarabağ” süitasından “Xocalı“ əsəri də ifa olunmuş və hər tərəfindən rəğbətlə qarşılanmışdır.

    Ölkəmizi uğurla təmsil edən musiqiçilərimizi təbrik edir, yeni nailiyyətlər arzu edirik!