04-08 may 2024-cü il
04-08 may 2024-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ İFAÇILARININ FİKRƏT ƏMİROV adına I BEYNƏLXALQ MÜSABİQƏSİ keçirildi.
Tədbirə başlamadan öncə təşkilat komitəsinin sədri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova hər kəsi salamlayaraq, iştirakçılara uğurlar arzu etdi və münsiflər heyətini təqdim edib, müsabiqəni açıq elan etdi.
NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ İFAÇILARININ FİKRƏT ƏMİROV adına I BEYNƏLXALQ MÜSABİQƏSinin münsiflər heyətinin sədri Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin sabiq rəisi, General-mayor, professor Yusif Axundzadə və münsiflər heyətinin üzvləri Qazaxıstan Respublikasının əməkdar mədəniyyət işçisi, professor, Beynəlxalq Dirijorlar Assosiasiyasının üzvü Axmetov Kanat Muginoviç, Beni Eqreşşi adına İslahat İncəsənət Orta Məktəbinin direktoru, "Bax hamı üçün" festivalının direktoru Zalan Kovaç (Macarıstan), Beni Eqreşşi adına İslahat İncəsənət Orta Məktəbinin direktor müavini, Budapeştdə yerləşən Vyana Konservatoriyasının professoru İstvan Varqa, Azərbaycanın Əməkdar artisti, dosent Əli Hacıyev, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Orxan Zeynalllıdır.
Xarici ölkə musiqiçilərinin də qatıldığı müsabiqədə Bekhzod Khakimov (zərb alətləri),
Baljinnyam Batbileg (tuba), Nurzhan Maily (qoboy), Məsumə Əliyeva (fleyta), Alex Egresi (klarnet), Həbib Rəhimli (saksafon), Nərminə Salmanova (fleyta) l yerə, Nurtas Kaltayev (trombon), Hüseyn Gözəlov (klarnet), Qran Pri mükafatına layiq görülmüşlər.
08 may tarixində isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müsabiqənin təntənəli QALA-KONSERTİ keçirildi.
Qala konsertini BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva müsabiqədə uğur qazanan bütün iştirakçıları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar edib, konserti açıq elan etdi.
Konsertdə xarici ölkələrin musiqi məktəbləri-Mişqolts Universiteti nəzdində Bela Bartok Musiqi İnstitutu (Macarıstan), Kurmanqazı adına Qazax Milli Konservatoriyası ( Qazaxıstan), Baljinnyam Batbileq (Macarıstan), Bekzod Xakimov (Özbəkistan Dövlət Konservatoriyası) və Bakı şəhəri üzrə - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi, Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbinin istedadlı musiqiçiləri zəngin konsert proqramı ilə iştirak etdilər.
Tədbirdə Gran Pri mükafatçılarına diplom və hər birinə pul mükafatı, eləcə də Laureat I yer sahiblərinə hədiyyələr təqdim olundu. Sonda Münsiflər heyəti və Təşkilat komitəsinə təşəkkür diplomları verildi. Eləcə də münsiflər heyətinin üzvlərinə hədiyyələr təqdim edildi.
İstedadlı gənc musiqiçilərin məharətli çıxışı tamaşaçıların gurultulu alqışları ilə qarşılandı.