24-30 aprel 2024-cü il
24-30 aprel tarixlərində Türkiyədə keçirilən Developing union of Georgian folklore and classical music (İnkişaf edən gürcü folkloru və klassik musiqi birliyi) Xll Beynəlxalq “Harmony” Müsabiqə-festivalda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri uğur qazanmışlar.
Müxtəlif ölkələrdən olan musiqiçilərin qatıldığı müsabiqə-festivalda BMA-nın “İxtisas fortepiano” kafedrasının istedadlı tələbələri Nurel Kərimova (“Sabah” qrupu ll kurs; müəllim: Nərgiz Mansurova) ll yerə, Fidan Əmirova (“Sabah” qrupu ll kurs; müəllim: Əməkdar artist, professor Samirə Aşumova) lll yerə, Leyla Hüseynzadə (lll kurs; müəllim: professor Kəmalə Mirbabayeva) lll yerə; İxtisas musiqi məktəb-studiyasının Xl sinif şagirdləri Şəhla Yusubova və Solmaz Əliyeva ll yerə, Tofiq Quliyev adına Musiqi Məktəbinin Xl sinif şagirdi Zümrüd Əlizadə l yerə, X sinif şagirdi Ərtoğrul Balayev ll yerə, ansambl nominasiyası üzrə isə Ərtoğrul Balayev və Zümrüd Əlizadə l yerə layiq görülmüşlər.
Qeyd edək ki, münsiflər heyətində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva yer almışdır.
Qazandıqları nailliyyət ilə əlaqədar müəllimləri və tələbələri təbrik edir, uğurlar arzulayırıq!