• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20-29 fevral 2024-cü il 

    2024-cü il 20-29 fevral tarixlərində BƏƏ-də  Fujairah vəliəhdi Şeyx Mohammed Bin Hamad Al Sharqi tərəfindən dəstəklənən, Fujairah Fine Arts Akademiyası dünya üzrə istedadları yetişdirmək, onlara öz bacarıqlarını nümayiş etdirmək və incəsənət aləmində musiqi təcrübələrini artırmaq şansı vermək məqsədi ilə “Fujairah International Piano Competition” müsabiqəsi  keçirildi. 

     Müxtəlif ölkələrdən olan gənc ifaçılar yerli və qlobal səviyyədə cəmiyyət arasında ictimaiyyətin musiqi estetikasını yüksəltmək üçün məharətli ifaları ilə çıxış etdilər.

    16-17 yanvar tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilmiş müsabiqənin dinləyişində seçilən altı istedadlı tələbəmiz də müsabiqədə uğurla çıxış etdilər.

    04 mart tarixində isə müsabiqənin təntənəli bağlanış mərasimi keçirildi. 

    Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nərminə İsmayılova üçüncü yerə layiq görülərək, diplomant adını qazandı.

    Qeyd edək ki, Azərbaycan tərəfindən münsiflər heyətində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar artist, BMA-nın “İxtisas Fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumova yer almışlar.

    Böyük uğur münasibətilə istedadlı tələbəmiz Nərminə İsmayılovanı təbrik edir, uğurlar arzu edirik!