16-17 yanvar 2024-cü il
2024-cü il 16-17 yanvar tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fevral ayında BƏƏ-də keçiriləcək “Fujairah International Piano Competition” müsabiqəsinin dinləyişi keçirildi.
Müsabiqə Fujairah vəliəhdi Sheikh Mohammed Bin Hamad Al Sharqi tərəfindən dəstəklənir.
Dinləyiş üçün BƏƏ-dən beş rəsmi nümayəndə - Gulmira Abdulkhalikova (Əbu-Dabi Mədəniyyət İdarəsinin Musiqi şöbəsinin müdiri), Ali Obaid Al Heifeiti (Fujairah Fine Art Academynin direktoru; Şeyxin rəsmi nümayəndəsi), Adnan AlQaq (video operator), Alaa Attia, Osama İsmail BMA-ya təşrif buyurmuşdur.
Qeyd edək ki, dinləyiş müxtəlif ölkələrdə keçirilir və dinləyişdə iştirak edən musiqiçilər arasından ən peşəkar ifaçılar seçilib BƏƏ-nin Fujairah şəhərində keçiriləcək müsabiqəyə qatılacaqdırlar.
Fujairah Fine Art Academynin direktoru; Şeyxin rəsmi nümayəndəsi Ali Obaid Al Heifeiti BMA-nın Mətbuat şöbəsinə verdiyi müsahibədə dinləyişin keçirilməsi üçün yaradılan şəraitə görə Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli cənablarına, BMA-nın professor-müəllim heyətinə dərin təşəkkürünü bildirdi. O, iki gün ərzində keçirilən dinləyişdə 6-7 tələbəni seçib Fujairah piano müsabiqəsinə aparacaqlarını və ən professional pianoçuları bir araya gətirmək istədiklərini qeyd etdi.