• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 noyabr 2023-cü il 

    “Avrasiya ölkələrinin musiqisi dünya kontekstində” musiqişünasların Birinci Beynəlxalq müsabiqəsinin qalibləri müəyyənləşib.

     27 Noyabr 2023-cü il tarixində Özbəkistanın Dövlət Konservatoriyasının konfrans zalında “Avrasiya ölkələrinin musiqisi dünya kontekstində” adlı gənc alim-musiqişünasların Birinci Beynəlxalq müsabiqəsinin II turu keçirilib. Müsabiqənin təsisçiləri P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, “Avrasiyanın Musiqi sənəti. Ənənələr və müasirlik” elektron jurnalı  olmuşdur. Beynəlxalq müsabiqəsinin məqsədi gənc tədqiqatçılara dəstək olmaq, onların peşəkar yüksəlişlərinə kömək etmək və müasir dünyada tədqiqat fəaliyyəti sahəsində beynəlxalq əlaqələrin qurulmasından ibarət idi.

    Müsabiqədə bir çox ölkələrdən- Rusiya, Qazaxıstan, Azərbaycan, Çin Xalq Respublikası, Özbəkistan, Tacikistan, Türkmənstan və Belarusiyadan gənc müəllimlər, doktorantlar və tələbələr iştirak etmişdir. I tur təqdim olunmuş məqalələr əsasında distant, II tur  konfrans formatında keçirilmişdir.

    P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Elmi işlər üzrə prorektoru, professor Konstantin Zenkinin sədrlik etdiyi müsabiqənin münsiflər heyətində aşağıda adları qeyd olunan  sənətşünaslıq doktorları və professorlar iştirak etmişdir-  Firuz Ulmasov (Tacikistan), Gülzar Mahmudova (Azərbaycan),Vadimi Dulat-Aleyev (Rusiya-Kazan), Elena Pankina (Rusiya), Andrey Lesoviçenko (Rusiya), Şoyista Qanixanova (Özbəkistan),Tuxtasin Qafurbekov (Özbəkistan), Kamçibek Dyuşaliev(Qırğızstan), Səidə Yelemanova (Qazaxıstan).

    Müsabiqəyə 40 məqalə daxil olsa da, onlardan 27–si ikinci tura vəsiqə qazanmışdır. Nəhayət, Özbəkistanda keçiriləcək konfransın final mərhələsində iştirak etmək üçün müxtəlif ölkələrdən 13 nümayəndə seçilmişdir.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarixi-nəzəriyyə fakültəsinin magistratura pilləsi üzrə təhsil alan I kurs tələbəsi Əliyarzadə Fidan  “Azərbaycan bəstəkarlarının kamera-instrumental musiqisində -Аşıqsayağı"(elmi rəhbər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnna Pazıçeva) mövzusunda məruzə ilə  çıxış edərək tələbələr arasında I yerə layiq görülmüşdür. Müəllimlərin yaş qrupunda BMA-nın Baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Kəngərli, " Artikulyasiya musiqi-ifaçılıq sənətində sehrbazlığın magiyası kimi " adlı məruzə ilə çıxış edərək III yerə layiq görülmüşdür.

    Qalibləri təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzu edirik!