• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 sentyabr 2023-cü il 

    2023-cü il avqust ayının 31-dən sentyabr ayının 10-na kimi Gürcüstanın Tsinandali şəhərində V Tsinandali festivalı keçirildi.  

    Bu festivalda iştirak üçün 2023-cü il mart ayında Pan Qafqaz Tsinandali lahiyəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Pan Qafqaz gənclər orkestrının  dirijoru Claudio Vandelli tərəfindən dinləmələr keçirilmişdir.  Dinləmələr nəticəsində Ərol Rzayev (BMA I kurs Magistr),  Fatimə Nəsirli, Əziz Pənah (Düsseldorf Robert Şuman Universiteti), Əli Əmişov (BMA I kurs magistr), Humay Hacızadə (BMA IV kurs), Nicat Məmmədov(məzun) seçilmişlər və Azərbaycanı təmsil etmişdilər. 

    Layihə əsnasında tələbələrimiz orkestr tərkibində  dünya şöhrətli dirijorlar Gianandrea Noseda, Manfred Honeck, Christoph Koncz’un rəhbərliyi ilə 5 iri proqramlı konsertlə çıxış etdilər. 

    Konsertlərdə dirijorlarla yanaşı dünyaca məşhur solistlər Augustin Hadelich, Amihai Grosz, Yefim Bronfman, Mao Fujita, Gautier Capuçon, Lisa Batiashvili ifa etmişlər. 

    Bakı Musiqi Akademiyasının tələbələrinin Pan Qafqaz gənclər orkestrının tərkibində ifaları uğurla başa çatdı.