• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 iyul 2023-cü il 

    Gürcüstan Respublikasının “Gürcü Folkloru və Klassik Musiqi İttifaqı”nın təşkilatçılığı ilə Borjomi şəhərində keçirilən Klassik Musiqi İfaçılarının Beynəlxalq müsabiqə-festivalı uğurla başa çatdı.

    lll Beynəlxalq “Harmony” Müsabiqə-Festivalının əsas məqsədi müxtəlif ölkələrin milli mədəniyyətlərinin təbliğindən, gənclərin dünya görüşünün və intellektual səviyyələrinin inkişafından, yeni istedadların üzə çıxarılmasından və gənclər arasında təcrübə mübadiləsindən ibarətdir. 

    Bu il - 2023-cü il 01-10 iyul tarixləri arasında  Gürcüstan Respublikasının Borjomi şəhərində keçirilən dünyanın müxtəlif ölkələrinin - Azərbaycan, ABŞ, Rusiya, Gürcüstan, Polşa, Qazaxıstan və Ermənistandan olan iştirakçıların qatıldığı lll Beynəlxalq “Harmony” müsabiqəsində ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə-müəllim heyəti müxtəlif nominasiyalar üzrə layiqli bir şəkildə təmsil etmiş oldu.

    Nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris işləri üzrə” prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri ölkəmizə uğur qazandırdılar. 

    Festival çərçivəsində 05 iyul tarixində professor N.Quliyeva ustad dərslər keçirmiş və seminar-mühazirədə iştirak etmişdir. O, seminarda multikulturalizm layihəsi olaraq, Azərbaycan musiqi  mədəniyyətinin inkişaf yolundan bəhs edən “Азербайджан от истоков до современности” adlı  mühazirə ilə çıxış edib, video-çarx, musiqi nömrələri təqdim etdi.

    Müsabiqə çərçivəsində təşkil olunmuş Beynəlxalq Festivalda  Bakı Musiqi Akademiyasının müəllim-tələbə heyəti - “Fortepiano orqan və klavesin” kafedrasının dosenti Tofiyə Cavadova, baş müəllimi Lalə Atakişiyeva, “Simli alətlər” kafedrasının baş müəllimi Pərvanə Xanlarova (konsertmeysteri Nigar Məmmədova), 

    “Sabah” qrupunun xoru (bədii rəhbər Dimitri Babayev) və “Fortepiano” fakültəsinin lll kurs tələbələri Fatimə Hacızadə, İlqarə Talıbova, Fidan Yunus uğurla çıxış edərək, Azərbaycan klassik musiqi mədəniyyətinin incilərini təqdim etdilər.

     Müsabiqədə Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin ll kurs tələbəsi Aygül Mahmudova ll yerə (müəllim Nilufər Tabasaranskaya), l kurs tələbəsi Nuray  Əliyeva lll yerə (müəllim professor Kəmalə Neymanova),

    Ill kurs tələbəsi Zərifə Hasilova lll yerə (müəllim professor Afaq Rüstəmova) layiq görülmüşlər.

    Onu da qeyd edək ki, münsiflər heyətinə həmçinin görkəmli musiqiçi-professorlar-

    Nuççi (Gürcüstan), Rustam Şaikhutdinov (Rusiya) və başqaları daxil idilər.

    Müsabiqə onlayn formatda da keçirilmişdir.

    Festival-Müsabiqədə çıxış edən bütün iştirakçı musiqiçilərimizi  təbrik edir və yeni sənət uğurları diləyirik!