• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel  2023-cü il 

    “Harmony”- XI Beynəlxalq ifaçılıq müsabiqəsində Azərbaycanın növbəti uğuru! 

    Artıq 11 ildir ki, Türkiyənin Antalya şəhərində Gürcüstan Respublikasının “Gürcü Folkloru və Klassik Musiqi İttifaqı” nın təşkilatçılığı ilə keçirilən Klassik Musiqi İfaçılarının Beynəlxalq müsabiqəsi keçirilir. Bu il-2023-cü il 25 aprel-2 may tarixləri arasında dünyanın müxtəlif ölkələrinin 50-yə yaxın iştirakçıkarının qatıldığı müsabiqədə ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə-müəllim heyəti solo fortepiano, fortepiano dueti və violin nominasiyaları üzrə layiqli bir şəkildə təmsil etmiş oldu. Nümayəndə heyətinin rəhbəri, eyni zamanda müsabiqənin münsiflər heyətinin üzvü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tədris işləri üzrə” prorektoru , Əməkdar müəllim, fəlsəfə doktoru, professor Nərminə Quliyeva idi. Məhz onun yüksək peşəkarlıqla apardığı iş fəaliyyətinin nəticəsi olaraq Azərbaycan musiqiçiləri ölkəmizə uğur qazandırdılar. 

    Onu da qeyd edək ki, münsiflər heyətinə həmçinin görkəmli musiqiçi-professorlar- Rustam Şaikhutdinov (Başqırdıstan), Veronika Vitaite ( Litva), Deividas Staponkus (Litva), İrena Laurushiene (Litva), Manana Duqladze (Gürcüstan), Tsisino Bishikaşvili ( Gürcüstan) daxil idilər.

    İki mərhələdən təşkil olunmuş müsabiqədə Akademiyanın professoru Könül Hüseynova və Əməkdar artist, baş müəllim Nigar Məlikova fortepiano dueti nominasiyası üzrə 1- ci dərəcəli mükafata layiq görülərək müsabiqənin qalibi olmuşlar. Violin nominasiyası üzrə 1-ci dərəcəli mükafata Akademiyanın baş müəllimi Pərvanə Xanlarova  sinfinin yetirməsi 2- ci kurs tələbəsi Cavid Ağayev ( konsertmeyster Nərmin İbrahimova), solo fortepiano nominasiyası üzrə 3-cü dərəcəli  mükafata isə Əməkdar artist, professor Samira Aşumova sinfinin yetirməsi, 3- cü kurs tələbəsi Ayan Həsənova layiq görülmüşdür. Onu da qeyd edək ki, bu mükafatlar digər iştirakçıkar ilə bölüşdürülməyərək yalnız bizim musiqiçilərə təqdim olunmuşdur. Eyni zamanda Könül Hüseynovanın 1-ci kurs tələbəsi Gülsarə Bağırova müsabiqənin diolomu ilə təltif edilmişdir. Müsabiqə çərçivəsində təşkil olunmuş Beynəlxalq Festivalda Akademiyanın müəllim-tələbə heyəti Nigar Məlikova, Könül Hüseynova, Pərvanə Xanlarova, Nərmin İbrahimova, Cavid Ağayev uğurla çıxış edərək Azərbaycan klassik musiqi mədəniyyətinin incilərini təqdim etmişlər. Son iki gündə isə müsabiqənin online formatda davam edən nominasiyası keçirilməkdədir. 

    Laureatlarımızı, bütün iştirakçı musiqiçilərimizi  təbrik edir və yeni sənət uğurları diləyirik!