• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2022 il

     24 dekabr 2022-ci il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Fikrət Əmirovun  100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsinin açılışı və kiçik  yaş qrupu üzrə əsas dinləyişi, 27 dekabr tarixində isə  böyük  yaş qrupu üzrə müsabiqənin əsas dinləyişi keçirildi.

    “Fikrət Əmirov- 100” Gənc pianoçuların  Respublika Müsabiqəsinin bədii rəhbəri Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova,

    Münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəlzadə, Münsiflər heyətinin üzvləri BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi professor Nərminə Quliyeva, Azərbaycan Respublikasının Xalq artisti, professor Ülviyyə Hacıbəyova, baş müəllim Zərif Kərimova  və təşkilat komitəsinin üzvləri  Xarici tələbələrlə iş üzrə şöbənin müdiri Röya Hüseynova və Xarici tələbələrlə iş üzrə şöbə mütəxəssisi, baş müəllim Günel Eyvazzadədir.

    Ölkə üzrə müxtəlif şəhər və rayonlardan müsabiqəyə qatılan iştirakçılar 29 dekabrda sertifikatlarla təltif olundular:

    Böyük yaş qrupu üzrə LAUREAT I YER-

    Əbdüləli Hüseynli, Ayla Həsənova, Nəzrin Qulamova;

    LAUREAT II YER-

    Əsmər Alxazova, Faida Hüseynova, Məryəm Vəliyeva; LAUREAT III YER-

    Selcan Alimova, Leyla İsgəndərova;

    DİPLOMANT-

    Rəhimə Axundova, Zəhra Cavadzadə;

    Kiçik yaş qrupu üzrə LAUREAT I YER-

    Cəmil Sədizadə, Nuranə Salamova;

    LAUREAT II YER-

    İnci Həsənli, Ayşən Uğurluyeva, Fərid Zeynalov;

    LAUREAT III YER-

    Malik Qədimzadə, Arslan Vəliyev, İnci Abbasova

    DİPLOMANT-

    Siyasət Talıbov, Hüseyn Quliyev;

    Aysel Rəhimli  isə səhnə mədəniyyətinə görə xüsusi diplom ilə təltif olundu.