• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr 2022 il

    25 oktyabr 2022-ci il tarixində  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənnlər” kafedrasında “Azərbaycan dili” fənninin tədris olunmasının təmin edilməsi ilə bağlı “Azərbaycan dili-milli varlığımızdır” mövzusunda tələbələr arasında inşa müsabiqəsi keçirilmişdir.

    Ümumiyyətlə, kafedrada ana dilimizin, nitqin inkişafı ilə əlaqədar, tez-tez dəyirmi masalar, kafedra iclasları keçirilir. Bu toplantılarda nitqin inkişafı ilə bağlı olaraq, müəllimlərin qarşısında yeni vəzifələr qoyulmaqla yanaşı, tələbələrin nitq vərdişlərinə yiyələnmələrinin səviyyələrinin artırılması da müzakirə olunur. Bununla yanaşı tələbələrin şifahi nitqlərinin inkişaf etdirilməsi daima gündəmdə qaldığı kimi, onların yazılı nitqlərinin də inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə müəllimlərin tələbələr arasında ardıcıl olaraq inşa, imla, ifadə kimi yazı növlərinə müraciət etmələri tövsiyə edilir. Bundan əlavə dərs müddəti ərzində tələbələrə klassik və müasir poeziya nümunələrindən ibarət bir sıra şeirlər əzbərlədilməsi tapşırılır ki, bu da onların şifahi nitqlərinin də inkişaf etmələrinə kömək edir.