27 oktyabr 2022 il
27 oktyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənnlər” kafedrasında “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi ilə bağlı “Zəfər günü” ilə əlaqədar olaraq “Qarabağ Azərbaycandır” mövzusunda tələbələr arasında inşa müsabiqəsi keçirilmişdir.
Ümumiyyətlə, kafedrada nitqin inkişafı ilə bağlı olaraq, tez-tez dəyirmi masalar, kafedra iclasları keçirilir. Bu toplantılarda nitqin inkişafı ilə bağlı olaraq, müəllimlərin qarşısında yeni vəzifələr qoyulmaqla yanaşı, tələbələrin nitq vərdişlərinə yiyələnmələrinin səviyyələrinin artırılması da müzakirə olunur. Bununla yanaşı tələbələrin şifahi nitqlərinin inkişaf etdirilməsi daima gündəmdə qaldığı kimi, onların yazılı nitqlərinin də inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə müəllimlərin tələbələr arasında ardıcıl olaraq inşa, imla, ifadə kimi yazı növlərinə müraciət etmələri tövsiyə edilir. Bundan əlavə dərs müddəti ərzində tələbələrə klassik və müasir poeziya nümunələrindən ibarət bir sıra şeirlər əzbərlədilməsi tapşırılır ki, bu da onların şifahi nitqlərinin də inkişaf etmələrinə kömək edir.