• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 iyun 2022-ci il 

    19 iyun 2022-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-Yo­rk şəhərində keçirilən "Ame­rican Protégé Intern­ational Vocal Compet­ition 2022" adlı  beynəlxalq opera ifa­çılarının vokal müsa­biqəsində  Azərbaycan Dövlət Akademik Opera və Balet

    Teatrının solisti, Respub­lika və Beynəlxalq müsabiqələr laureatı, gənc opera müğənniləri arasında Avropa çempionu və Gənclər Mükafatı laureatı Urfan Cəfərov  21 ölkə arasında birinci yeri qazanmışdır. O, müsabiqənin qalibi kimi Azərbaycanı ilk dəfə məşhur Karnegi Hall səhnəsində təms­il edəcək və dünyanın ən məşhur salonlar­ından birində solo ifa edən ilk azərbayc­anlı gənc ifaçı olac­aqdır.

    Qeyd edək ki, öncə həmyerlimiz opera if­açılığı üzrə bu yaxınlarda Ukraynanın Truskavetsk şəhərində keçirilən “Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Opera və Estrada​ Vokalçıların IV Beynəlxalq Müsabiqəsi”ndə 18 müxtəlif ölkələrdən gələn (16-40 yaş ) xüsusi ifaçılar arasından Qran Pri qazanmış, müsabiqənin əsas prizi, ABŞ-nin Nyu-York şəhərində dünya şöhrətli konsert arenası olan - Karnegi Hollda solo konsert​ üçün nüfuzlu sertifikatını ilk azərbaycanlı olaraq əldə etmişdir. O, Uk­raynadan sonra isə Am­erikada qalib oldu. Gənc vokalçı Nyu-Yo­rk solo konserti üçün prestijli sertifikat alan ilk azərbayc­anlı olaraq, “Carnegie Hall”da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə birbaşa vəsiqə qazanmışdır.

     Səsi və səhnə mədəniyyəti ilə münsiflər heyətini heyran etmiş Urfan Cəfərov​ ABŞ-ın müxtəlif ştatları, Azərbaycan, Avstriya, Bosniya və Hersoqovina, Kanada, Çin, Danimarka, Honq-Konq, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malaziya, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Ermənistan, Şri Lanka, Tayland və Birləşmiş Ərəb Əmirliklərindən bir çox nüfuzlu müsabiqələr laureatları və Qran-Pri almış ​ ifaçılar arasından şəffaf və ciddi rəqabətdən​ qalib olmuşdur.

    Xüsusilə vurğulamaq lazımdır ki, bu, ikili qələbədir. Bununla da Urfan Cəfərov Carnegie Holl-da həm konsert proqramı, həm də keçiriləcək Opera ifaçılarının müsabiqəsinin Final mərhələsində iştirak edəcəkdir.

    Onu da qeyd edək ki, Azərbaycanın Xalq artisti, professor, dünya şöhrətli opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olmuş Urfan Cəfərov Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunudur.