• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 iyun 2022-ci il 

    16 iyun 2022-ci il tarixində görkəmli vokal ifaçısı Bülbülün anadan olmasının 125 illiyinə həsr olunmuş  vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi keçirildi.

    Müsabiqədə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Monqolustan, İsrail, Rusiya və digər ölkələrdən 100-ə yaxın vokalçı iştirak edirdi.

     Yaş həddi 18-35 yaş aralığında olan iştirakçıların arasında opera müğənniləri, orta və ali musiqi təhsili müəssisələrinin məzunları və tələbələri yer almışdır. İfaçıların dinləyişi Bakı şəhərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmişdir.

    Müsabiqənin peşəkar münsiflər heyətinin qərarı ilə Qran Pri mükafatına Azərbaycan təmsilçisi Elmina Həsənova layiq görülmüşdür. Elmina Həsənova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının məzunudur. Onun müəllimləri Azərbaycanın xalq artisti, professor Gülnaz İsmayılova və Tamar İveridir (Gürcüstan).

     Müsabiqədə  l yerə Anxbayar Enxbold (Monqolustan); II yerə Nikita Volkov (Rusiya) və Olqa Rudik (Ukrayna); III yerə Baluan Berkenov (Qazaxıstan), Aleksandra Sokolova (Rusiya), Həmid Abdulov (Azərbaycan); IV yerə Ezgi Karaya (Türkiyə) və Nigar Cəfərova (Azərbaycan) layiq görüldülər.

    Müxtəlif ölkələrdən olan bir neçə ifaçı - Bat-Erden Dorjçeden (Monqolustan) “Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin ən yaxşı ifasına görə”, Medeya Çikaşvili (Gürcüstan) “Ümid”, Valeriya Latışeva (Rusiya) “Tamaşaçı diqqəti mükafatı" adlı xüsusi mükafatlara layiq görüldülər.

    Qeyd edək ki, Bülbül adına vokalçıların Beynəlxalq müsabiqəsinin yekun konserti və laureatların mükafatlandırılması iyun ayının 22-də Şuşa şəhərində keçiriləcəkdir.