• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 may 2022-ci il 

    YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirtdi.

    19.05.2022-ci il tarixində Bakı Ali Neft Məktəbində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Ali Məktəbin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirildi

    Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasim 1-ci Rəqəmsal İdeya Müsabiqəsi barədə videoçarxın nümayişi ilə davam etdirildi. .

    Tədbirdə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev, Təhsil naziri Emin Əmrullayev, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru, müsabiqənin münsiflər heyətinin üzvü Fariz Cəfərov çıxış etdilər.  

    Müsabidə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının IV kurs tələbəsi Nigarxanım Süleymanova iştirak etdi və seritifikatla mükafatlandırıldı.

    Müsabiqədə seçilən iştirakçılar 8 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə apardılar.