2-9 may 2022-ci il
2-9 may 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində X beynəlxalq “Harmony” müsabiqəsi keçirilmişdir.
Bu müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İfaçılıq” fakültəsinin bütün ixtisasları üzrə yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, “Simli alətlər” kafedrasının I kurs tələbəsi Məhəmməd Cavadov Gran-Pri, “Nəfəs və zərb alətləri” kafedrasının IV kurs tələbəsi İlahə Məmmədova Gran-Pri mükafatını almışlar, "Simli alətlər" kafedrasının ll kurs tələbəsi Sevinc Kərimova ll yerə, “Solo oxuma” kafedrasının III kurs tələbəsi Aqşin Xudaverdiyev isə I yerə layiq görülmüşdür.