• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 may 2022-ci il 

    13 May 2022-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  Tarix-nəzəriyyə fakültəsində təhsil alan bir qrup tələbə “Vətən savaşında tarixi zəfər”   mövzusuna həsr olunmuş sərbəst yazı işi və  “Qarabağ zəfəri” mövzusuna həsr olunmuş Videoçarxların yarışı   müsabiqələrində fərqlədiyinə görə Diplom və Fəxri Fərmanlarla təltif olunublar.

    Qeyd etməliyik ki, Diplom və Fəxri Fərmanları tələbələrə Tədris işləri üzrə prorektor,  Əməkdar müəllim, professor  Nərminə Quliyeva, Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Xalq  artisti, professor Yeganə Axundova, Musiqi tarixi kafedrasının müdiri, Əməkdar müəllim, professor Ülviyyə İmanova, Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, professor Gülzar Mahmudova, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, professor Könül Nəsirova təqdim edərək onlara öz ürək sözlərini və təbriklərini çatdırdılar. Tələbələrə bu yolda uğur arzu edərək daim ictimai tədbirlərdə və müsabiqələrdə fəal olmalarını tövsiyə etdilər.

    Diplom və Fəxri fərmanlarla təltif olunan tələbələrin siyahısı:

    “Vətən savaşında tarixi zəfər”   mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi

    1. Cəbrayılova Saniyə Mənsur –I yer; Tarix-nəzəriyyə fakültəsi  magistr I kurs

    2. Məmmədli Mujgan Eldar - II yer;   Tarix-nəzəriyyə fakültəsi  III kurs

    3. Hüseynova Sevda Cabir – III yer ;  Tarix-Nəzəriyyə fakültəsi magistr I kurs

    4. Tağıyeva Səbinə- Fəxri Fərman ;    Tarix-nəzəriyyə fakültəsi  magistr I kurs

    5. Səfərli Aysel Mahir- Fəxri Fərman Tarix-nəzəriyyə fakültəsi  magistr I kurs

     

    “Qarabağ zəfəri” mövzusuna həsr olunmuş Videoçarxların yarışı 

    1. Məmmədli Mujgan Eldar - I yer;   Tarix-nəzəriyyə fakültəsi  III kurs