• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14-17 mart 2022-ci il 

    14.03-17.03.2022-ci ildə Gürcüstanda keçirilən (onlayn) VII Beynəlxalq "Harmony" Beynəlxalq müsabiqəsində BMA-nın İxtisas-fortepiano kafedrasının tələbələri uğur qazanmışdılar.

    II kurs tələbəsi Talıbova İlqarə (professor Elnarə Kəbirlinskayanın sinfi) “A little virtuoso of the year” nominasiyası üzrə I yer qazanmışdı.

    I kurs tələbəsi Talıbov Əli (dosent Günel Kazımovanın sinfi) “A little virtuoso of the year” nominasiyası üzrə I yer qazanmışdı.

    I kurs tələbəsi Cavadzadə Şəkərxanım (dosent Emil Xındristanskiy sinfi) “A little virtuoso of the year” nominasiyası üzrə II yer qazanmışdı.

    I kurs tələbəsi Alxazova Əsmər (professor Yeganə Axundovanın sinfi) “A little virtuoso of the year” nominasiyası üzrə II yer qazanmışdı.

     I kurs tələbələri Cavadzadə Şəkərxanım-İbrahimzadə İluzər (Dosent Arzu Məmmədovanın sinfi) “The best ansamble of the year” nominasiyası üzrə I yer qazanmışdılar.

    II kurs tələbələri Talıbova İlqarə - Ghahramani Arian (müəllim Cəmilə Əmirovanın sinfi) “The best ansamble of the year” nominasiyası üzrə II yer qazanmışdılar.

    II kurs tələbələri Əlizadə Fatimə-Abdullayeva Rasimə (Baş müəllim Könül Axundovanın sinfi) “The best ansamble of the year” nominasiyası üzrə I yer qazanmışdılar.

    Qazandıqları nailliyyət ilə əlaqədar müəllimləri və tələbələri təbrik edir, uğurlar arzulayırıq!