• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2-6 fevral 2022-ci il 

    2022-ci il 2-6 fevral tarixlərində  "Competizione Dell' Opera" adlı İtalyan operasının vokal ifaçılarının Moskva şəhərində XXV Beynəlxalq müsabiqəsi keçirildi.

    Müsabiqənin tarixi 1996-cı ilə, o zamanlar Hamburq ali musiqi  məktəbi və teatrın  prezidenti, professor Herman Rauenin I Cestelli opera müsabiqəsini təşkil etdiyi vaxta təsadüf edir.

    Müsabiqənin direktoru Hans-İoahim Fray oldu.

    2001-ci ildən müsabiqə Almaniyanın Drezden şəhərində keçirilirdi. 2011-ci ildə isə ilk dəfə Almaniya hüdudlarından kənara çıxdı. Onu ilk qəbul edən  birinci səhnə- Böyük Teatrın səhnəsi olan ölkə Rusiya oldu.

    Bu il Böyük Teatr müsabiqəni artıq üçüncü dəfə öz səhnəsinə qəbul edir.

    Qeyd edək ki, münsiflər heyətində SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli də iştirak edirdi.