• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 dekabr 2021-ci il 

    Pianoçuların “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq Müsabiqəsinin yekunları

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində və Azərbaycan Respublikasının xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyi ilə əlaqədar keçirilmiş pianoçuların “Azər Dadaşovun əsərlərinin ən yaxşı ifaçısı” V Beynəlxalq müsabiqəsinə yekun vurulmuşdur. Müsabiqəyə dünyanın altı ölkəsindən – Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və İran İslam Respublikasından iştirakçılar qatılmışdır. Hər il fərqli repertuardan, şərtlərdən təşkil olunan müsabiqə, bu il mövcud şəraitə görə onlayn formatda və yaş məhdudiyyəti qoyulmadan keçirilmişdir.

    Müsabiqənin repertuarında Azər Dadaşovun prelüd və fuqası və sərbəst seçim kimi digər əsərlərindən hər hansı birinin ifası təklif olunmuşdur.

    Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor, BMA-nın tədris işləri üzrə prorektoru Nərminə xanım Quliyevanın sədrliyi ilə keçirilən müsabiqədə qaliblərin müəyyən edilməsində, Azər Dadaşovun təklifi ilə, bəstəkarın prelüd və fuqasının ifasının qiymətləndirilməsi əsas götürülmüşdür. Müsabiqə onlayn formatda təşkil olunduğuna görə video yazılar şəklində göndərilən ifalar dinlənilmiş və qaliblər müəyyən olunmuşdur.

    Münsiflər heyətinin qərarına əsasən Laureat adına iki nəfər – Nərgiz Kəngərli (Azərbaycan) və Nuranə Zeynalova (Azərbaycan) layiq görülmüşdür. İştirakçılardan 3 nəfər – Ləman İslamzadə (Azərbaycan), Mahbod Hagh Parast (İran İslam Respublikası) və Araylım Oralxan (Qazaxıstan) Diplomant adına layiq görülmüşdür. Müsabiqənin digər iştirakçıları isə Fəxri Fərmanlarla təltif olunmuşdur.

    Musabiqə müvəffəqiyyətlə başa çatdığına görə müniflər heyətinə təşəkkürümüzü bildirir, bütün iştirakçılara yeni yaradıcılıq nailiyyətləri və uğurlar arzu edirik.

    Nuranə Zeynalova

    Ülviyyə Kazımova