• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2-5 dekabr 2021-ci il 

    2021-ci il 2-5 dekabr tarixlərində Ukraynanın Truskavets şəhərində  "Müslüm Maqomayevin xatirəsinə" adlı vokal ifaçıların lV Beynəlxalq müsabiqəsi keçirildi.

    Artıq dördüncü ildir ki, əfsanəvi ifaçı və bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş müsabiqədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən ən yaxşı ifaçılar Truskavets şəhərinə gəlirlər.

    Müsabiqədə 16 yaşdan 40 yaşa qədər xüsusi musiqi təhsili alan peşəkar ifaçılar və tələbələr iştirak edə bilərlər. Bütün iştirakçılar səs yazısı üzrə əvvəlcədən təsadüfi yolla seçilir. Ən yüksən səs toplayan ifaçılar Truskavetsdə keçiriləcək final seçiminə dəvət olunur.

    İştirakçılar opera ariyalarını və Müslüm Maqomayevin repertuarından mahnılar ifa edirlər. Müsabiqənin unikallığı həm opera, həm də estrada janrında oxumaqda eyni dərəcədə mahir olan vokal ifaçılarını müəyyən etmək və dünyaya tanıtmaqdır. Bu müsabiqəyə Azərbaycan ilk dəfə qatılmışdır.  Final mərhələsində çıxış edən, müxtəlif ölkələrdən seçilən 18 ən yaxşı ifaçıdan ölkəmizi Respublika və Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, Urfan Cəfərov təmsil edirdi.

    Öz istedadı və əsrərangiz səs tempri ilə münsiflər heyətini heyrətləndirən gənc istedadlı ifaçı U.Cəfərov  ən yüksək qiymətləndirmə ilə birinci yerə layiq görülmüş və xüsusi mükafat olan Nyu-York (ABŞ) şəhərinin Kornegi Hall salonunda keçiriləcək solo konsert üçün sertifikat qazanmışdır.

    Müsabiqədə Urfan Cəfərovu pianoçu, Əməkdar artist Nigar Məlikova müşayiət etmişdir.

    Xüsusi vurğulamaq lazımdır ki, bu il münsiflər heyətinə Azərbaycanın Xalq artisti, professor Gülnaz İsmayılova da daxil idi.

    Qeyd edək ki, U.Cəfərov Xalq artisti, professor, tanınmış opera müğənnisi Xuraman Qasımovanın tələbəsi olmuşdur.