• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 iyun 2021-ci il 

    Prezident İlham Əliyevin sərəncamı əsasında 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilmişdir.

    Sərəncamın tələblərinə uyğun olaraq, "Nizami Gəncəvi ili"nin qeyd edilməsi çərçivəsində 2021-ci ilin aprel-iyun aylarında "Puşkin və Nizami planetar əhəmiyyətli ən böyük yaradıcılarıdır" mövzusunda onlayn müsabiqə keçirildi.

    Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasındakı Rusiya Federasiyasının Səfirliyi, Azərbaycan Respublikasındakı Rossotrudniçestvo-nun Nümayəndəliyi, Azərbaycanın Rus icması tərəfindən təşkil edilmişdir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri: Cəmalə Abdinzadə, Nailə Xasiyeva, Leyla Cavadova, Tomris Həsənova, Bahar Məmmədova, Emil İsmayılov və Mahir Tağızadə müsabiqənin “Musiqi” kateqoriyasının qalibləri olmuşdular. BMA-nın tələbələri üçün müsabiqə proqramının təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi Alyona İnyakina idi. 18 iyun 2021-ci il tarixində Rusiya Məlumat və Mədəniyyət Mərkəzində BMA tələbələrinin konserti və qaliblərin mükafatlandırılması baş tutdu.