• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 iyun 2021-ci il 

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professoru Yeganə xanım Axundovanın tələbəsi Sabah III kurs - Əhmədova Rəhimə 2021-ci ildə online keçirilən beynəlxalq müsabiqələrdə iştirak etmişdir.

    Rusiya-Rostov na Don - "Snejnaya Uvertura" müsabiqəsində "Gran-pri, "International Music Moscow" müsabiqəsində 3cü yer, Çexiya, Praqa, International Music Festival - "Cyber Art 2021" 3cü yer, Qazaxıstan Pianistlərin 1-ci Beynəlxalq müsabiqəsində - "Hungarian Rhapsody" 3cü yer, Danimarka "Copenhagen Stars 2021" müsabiqəsində 2ci yer, Moskva "Ən yaxşı etüd ifaçısı" müsabiqəsində 3cü yerə layiq görülərək diplomla təltif olunmuşdur.

    Müəllim Yeganə xanım Axundovaya isə təşəkkür məktubu göndərilmişdir.