• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2021-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsi və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş  “NİZAMİ-880” “Videoçarxların yarışı” müsabiqəsinin nəticələri açıqlandı.

    Prezident İlham Əliyevin sərəncamı əsasında 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir.

    Sərəncamın tələblərinə uyğun olaraq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsi tələbələr arasında böyük marağa səbəb olan dahi Azərbaycan mütəfəkkiri, şair Nizami Gəncəvinin 880- ci il dönümü ilə əlaqədar  təşkil  olunmuş “Videoçarxların yarışı” müsabiqəsi keçirdi.

    Müsabiqənin nəticələri 01 İyun 2021 -ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor G. Mahmudova tərəfindən “Microsoft Teams” programı vasitəsilə online formatda açıqlandı. I, II, III  yerlərdə qərar tutan tələbələr, yaradıcı həvəslə hazırladıqları təqdirəlayiq video çarxlara görə Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor  N. Quliyeva tərəfindən diplom və hədiyyələrlə  mükafatlandırıldı.

    Sevindirici haldır ki, “Tarix-nəzəriyyə” fakültəsi tərəfindən təşkil olunmuş müsabiqədə təkcə Musiqişünaslıq, Xor-dirijorluqBəstəkarlıq ixtisasının tələbələri deyil, “Fortepiano” və “İfaçılıq” fakültəsinin tələbə heyəti də iştirak etmişdir.

    Müsabiqədə Kommisiya üzvlərinə 12 videoçarx təqdim olunmuşdur.  Üzvlər- Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor  N. Quliyeva, “Musiqi tarixi” kafedrasının müdiri, professor Ü. İmanova, Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor G. Mahmudova və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor K. Nəsirovanın seçimi ilə I yerə Kazımzadə Gülnur- Məmmədzadə Fatimə (Musiqişünaslıq I kurs) və Məmmədzadə Fatimə (Bəstəkarlıq I kurs), Zəhra-Cahan Şixəliyeva (“Fortepiano” fakültəsi II kurs Sabah qrupu ), II yerə Babayeva Gülər (Etnomusiqişünaslıq IV kurs), Məmmədli Mujgan (Musiqişünaslıq II kurs), III yerə Mustafayeva Neyjən (Musiqişünaslıq I kurs), Zeynalova Gülşad ( Xor-dirijorluq I kurs) layiq görüldü.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələri sərgilədikləri kreativ və təşəbbüskar əməyə görə alqışlayır və bütün yaradıcı işlərdə müvəffəqiyyət arzu edir.

    https://youtu.be/RHbXBfqL62U

    https://youtu.be/T8mbWBObna4

    https://youtu.be/6QsIAEEj_Xw

    https://youtu.be/8hqqICs5Q_0

    https://youtu.be/LtKBYlmqBOY

    https://youtu.be/XOzsizToGA8