28-30 may 2021-ci il
2021-ci il 28-30 may tarixlərində Barselona şəhərində onlayn formada gənc ifaçılardan ibarət rus klassik musiqisinin “Русская альборада” adlı VI Beynəlxalq müsabiqəsi keçirildi.
Fortepiano nominasiyası üzrə münsif heyətinin tərkibində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor, Əməkdar müəllim, Pedaqoji elmlər namizədi Nərminə Quliyeva iştirak etmişdir.
Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə iştirak edən ifaçılarımız- Fortepiano-solo nominasiyası: Ağazadə Əzizə (I yer; müəllim: professor Samirə Aşumova), Məmmədova Məryam (I yer; müəllim: dosent Nərgiz Salmanlı), Əhmədova Rəhimə (II yer; müəllim: professor Yeganə Axundova), Talıbova İlqarə (II yer; müəllim: professor Elnarə Kəbirlinskaya), Əsgərova Pərvin (II yer; müəllim: Nərgiz Mansurova), Bəşirli Cəmilə (II yer; müəllim: Sevda Babazadə), Arian Ghahramani (III yer; müəllim: Nərgiz Kəngərli); İnstrumental ifaçılar nominasiyası: Məmmədova İlahə ( fleyta, II yer; müəllim: dosent Orxan Zeynallı), İnstrumental ansamblı nominasiyası: Abdinzadə Camalə - İslamova Jalə (I yer, müəllim: professor Nəzakət Rimazi); Vokal nominasiyası: Rəhimova Nigar (III yer, müəllim: professor Xuraman Qasımova).