• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2020-ci il

    Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli

    Mustafazadə Türkan

    “Tarix-nəzəriyyə” fakültəsi

    Musiqişünaslıq ixtisası I kurs tələbəsi

    Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli

    Həyat da ən böyük zirvə şəhidlikdir. Bu zirvəyə ucalanlar yaddaşlara həkk olan qalalardır. Elə qala ki, heç bir qüvvə - yağış, qar, tufan, düşmən gülləsi yıxa dağıda bilməz. Zaman – zaman Azərbaycan xalqı da düşmənlərlə mübarizədə belə qalalara arxalanıb. Cavanşirdən, Babəkdən, Koroğludan yol alıb gələn igidlik dərsi indi Mübarizlərin, Salatınların, Çingizlərin... və daha neçələrinin həyatında davam edib, gələcək nəslə bir örnək, nümunə olub.

    Bu igidlərdən biridə, hamımızın yaxşı tanıdığı, Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylidir. Təbriz Xəlilbəyli 1964 cü ildə 12 fevralda Bakı şəhərində anadan olmuşdur. 1981 – ci ildə Bakı şəhəri M.Müsfiq adına 18 saylı orta məktəbi bitirmişdir. 1982 – ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olur. Təhsilini davam etdirərək, həm də C.Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında işıqçı işləyir. Xəlilli Təbriz 1991 – ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o qəhrəmanlıq nümunəsi göstərmişdir. Döyüş şücaətinə görə DİN – nin “Boz Qurd” mükafatına laiq görülüb. 1992 – ci il 31 yanvar onun son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikasının Prezidentinin 8 oktyabr 1992 – ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “ Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xususi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılmışdır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

    Təbriz Xəlilbəylinin qəhrəmanlığını, bütün həyatını xalqına, onun müstəqilliyinə, azadlığına həsr etmiş, bu uğurda daş zindanlara razı olmuş şair Xəlik Rza Ulutürkün dili ilə desək:

    Qoy sənə doğulan günəş deyim ki,
    Nurunla açılan al səhərəm mən.
    Yeddi il yol gələn, a mənim ilkim
    Gəldiyin yollara gül düzərəm mən.


    Ata oğluna, Təbriz!, adını qoydu, Azərbaycanın şəhəri Təbrizi öz oğluna qardaş görmək istədi. Günlər, aylar ötdü, Təbrizin nağılında qəhrəman tez böyüdü... Vaxt - vədə yetişdi, Təbriz silahlandı və cəbhəyə yola düşdü. Şəhidliyə gedən yola çıxmışdı Təbriz Xəlilbəyli. Bu yolla addımlayırdı və addımladıqca da dönmürdü. Bir gün o müdhiş xəbər qapını döydü... Ana çaşdı, döyükdü. Xəbəri Vətən dərdi ilə yaralanmış şair qəlbinə, beyninə necə ötürəcəyinə qərar verə bilmədi. Bu qəlb birdə övlad yarası alacaqdı. Ancaq özündən çox yenə də ananı birdə vətəni düşündü şair.

    Aç başından qara şalı, can Firəngiz, sən ağlama!
    O məqbərə yerdi – göydü... baş daşını qucaqlama.
    Mərmərində dövrə dönür yağış göydən dama – dama
    Üstündəki ehtişama matdı Təbriz Xəlilli

    Şair boğazında yığılıb qalan sevincini udur və o da qələmini yerə qoyub silaha sarılmaq, şəhid olmaq arzusuna düşür. Ancaq şair qələmi ilə çoxdan “Şəhidlik” zirvəsinə qalxmışdı.

    Bu Meydanda anladım ki, nə quzuyam, nə də ceyran
    Azərbaycan bu gün doğur, özü boyda Azərbaycan!

    O, xalq xoşbəxt xalqdır ki, azadlığı, torpağı uğrunda öz qızını, oğlunu qurban versin. Müstəqillik verilmir, alınır. Bunun üçün candan keçmək lazımdır. Bu mənada Azərbaycan xalqının başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı var. Çünki Azərbaycanın Təbrizləri, Çingizləri, Mübarizləri, Poladlari kimi yüzlərlə şəhidlik zirvəsinə yüksələn igidləri var. Və şəhidlərin bir amalı var: “ Təki vətən sağ olsun!”