• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 dekabr 2020-ci il

    Azərbaycanın caz ustası Vaqif Sadıxov

    Hüseynli Gültən

    Tarixi-nəzəriyyə fakültəsi

    Musiqişünas ixtisası IV kurs

    Azərbaycanın caz ustası Vaqif Sadıxov

    Görkəmli caz ustası Vaqif Sadıxov 1946-cı il iyun ayının 6-da Bakı şəhərində anadan olub. Hələ Bülbül adına məktəbində təhsil alarkən, Vaqif Sadıxovu vunderkind adlandırırdılar. O, çox çətin əsərləri öz yaşına uyğun olmayan bacarıq və asanlıqla ifa edir və musiqini mütləq qavrama qabiliyyətinə malik idi. Vaqifin atası - məşhur həkim, oğlunun nailiyyətlərinə hədsiz sevinir və oğlunu babası, məşhur tar ifaçısı Sadıxcanın davamçısı kimi görürdü. Lakin Vaqifin caz həvəskarı olan əmisi oğlunun maqnitofon kasetini qulaq asmaq üçün gətirməsi ilə hər şey dəyişdi. Vaqif deyirdi: "Oskar Piterson… Mən onun musiqisini eşidəndə başım gicəlləndi və sonralar mən özümü onsuz təsəvvür etmirdim".

    Vaqif məktəbdə simfo-caz təşkil edir və bununla da atasını məyus edir. O, konservatoriyada oxuyarkən caz ifa edirdi. Hələ I kurs tələbəsi olarkən o "Qaya" vokal qrupunun tərkibində çıxış edir. Sadıxov 1960-cı illərin I yarısında Moskvaya köçür, əfsanəvi "Mavi Quş" və "Peçora" kafelerində çalışır, Oleq Lundstrem orkestrində, daha sonra yenidən Azərbaycanda, Dövlət Pop Simfonik Orkestrində fəaliyyət göstərir və caz pərəstişkarları arasında tez bir zamanda ölkədə populyarlıq qazanır. Vaqif Sadıxov caz səhnəsində Paul Winter (1989, Moskva), Valeri Ponomarev (1990, 1-ci Moskva Beynəlxalq Caz Festivalı və 1991, ABŞ), Mark Johnson (1997, Novosibirskdəki caz festivalları), Igor Butman (1998, Estoniya, Caz Kaar festivalı), Tommy Smith (1999, Bakı), Tom Walsh (2000, Bakı), Johnny Griffin (2007, Moskva) və s. kimi məşhur musiqiçilərin ortağı olaraq çıxış edirdi.  Birgə iclaslarda caz ulduzları - saksafon ifaçıları Jerry Mulligan, Joe Lovano və Johnny Griffin, təbilçilər Louis Bellson və Billy Cobham, pianoçular Billy Taylor və Benny Green, gitara ifaçısı Rassel Malone və başqaları tərəfindən alqışla qarşılanırdı. Romantizmə yad olmayan bir virtuoz olan Sadıxov, öz sənətində sakitlik, darıxdırıcılıq etmədən ciddilik, bəzən iddialı, prinsipial və ən əsası təbiiliyi nümayiş etdirir.

    Şübhəsiz ki onun istedadı valehedicidir: əvəzedilməz improvizəçi, yüksək ustalığa malik pianoçu - Vaqifi belə adlandırmışlar və adlandırırlar. O, öz istedadı və bacarığı ilə qısa bir vaxtda məşhur cazmenlərin diqqətini özünə cəlb etdi. Onu Qolşteyn, Nosov, Kusman kimi korifeylər ifaçılığa dəvət etdilər. Onlarla birgə "Sineya ptitsa" və "Peçora"da çıxış edirdi. Vaqif Bakıya yalnız imtahanlar vaxtı gəlirdi. O, 20 gün qabaq imtahan proqramına hazırlaşır və həmişəki kimi imtahanları "əla" qiymətlə başa vurur, yenə Moskva şəhərinə qayıdırdı. Vaqif caz ulduzu Cerri Maliqanla birlikdə konsertlər vermiş və bu konsertlər iki gün dalbadal "Amerikanın səsi" radiodalğasında səsləndirilmişdir.

    1968-ci ildə Çarlz Lloyd, Cak-Canet, Pol Qansales, B.Reyli, Mil Xilton, Zbiqnev Namıslovskiy və başqaları Vaqifi öz proqramlarına dəvət etmişlər. Beləki, Vaqif Moskvada, Tallində, Finlandiyada, Almaniyada, Hindistanda və Kubada nə qədər saysız-hesabsız nüfuzlu musiqi forumlarında olmuş, bu yerlərdə də yaxşıların yaxşısı kimi tanınmışdır. 1973-cü ildə o, O.Lundstremin orkestrində işləməyə başlayır. Beləliklə solo ifa edən V.Sadıxovun aktiv səsyazma işləri başlayır. Ümumittifaq səsyazma studiyası nəzdində "Melodiya" ansamblı və qastrollar, qastrollar, qastrollar… Sonsuz, qurtarmaq bilməyən qastrol konsertlərinin fasilələri zamanı Vaqif özünün "Barometr" diskini və "Posvyaşeniye X.Xenkok" adlı kompozisiyasını yazır. Sonralar o, öz xüsusi "Sovremennaya cazovaya muzıka" (müasir caz musiqisi) adlı beşlik kvinteti yaradır. O, xalq mahnıları mövzusuna müraciət edərək bir çox əsərlər bəstələyir.

    1988-ci ildə Vaqifin Azərbaycan xalq musiqisi koloritli "Nostalgiya" əsəri Moskvada keçirilən Ümumittifaq festivalında ilin ən yaxşı kompozisiyası adına layiq görülmüş, rus xalq folkloruna əməl edilmiş "Vanka-Vstanka"sı Nyu-Yorkda Amerika musiqiçiləri tərəfindən diskə yazılmışdır.

    Sonralar Vaqif Ümumittifaq Dövlət Kinematoqrafiya simfonik orkestrində işləyərkən kinofilmlərə musiqilər yazmış, aranjimanlar və çıxışlar etmişdir. Bundan başqa o, Amerika kvintetinə məşhur truba çalan V.Ponomaryovun konsertinə dəvət olunur. Kvintetlə Moskva ümumittifaq festivalında iştirak edir, sonra tam anşlaqlarla həmin musiqiçilərlə birlikdə Nyu-York və Konnektikutda konsertlər verir. Bir zaman sonra, Vaqif Amerika saksofonçusu İqor Butmanın kvartetilə birlikdə çalır. "Vaqif yüksək səviyyədə musiqi alətinə toxunma tərzinə və taça malikdir, ancaq zəncilər belə ifa edirlər", caz ustası belə etiraf etmişdi. Onlar, əksər hissəsi Vaqif Sadıxovun əsərlərindən ibarət olan proqramlarla, Avropa, ABŞ və Avstraliyada qastrollarda olurlar. Lakin doğma şəhərimizin küçələri Vaqifi özünə cəlb edir, o, tez-tez solo konsertlərlə Bakıya qayıdır. Burada keçirilən caz festivallarda iştirak edərək, həmyerlilərinin qəlbində böyük məhəbbət hissi qazanmışdır.

     

    İstinad edilmiş mənbələr:

    • Vikipedia sərbəst ensiklopediyası
    • ru saytı