9 dekabr 2020-ci il
Əfrasiyab Bədəlbəyli
Şabanlı Selcan
Tarixi-nəzəriyyə fakültəsi
Musiqişünas II kurs
“ Qarabağın görkəmli musiqi xadimləri”
Əfrasiyab Bədəlbəyli
XX əsrdə Azərbaycan bəstəkarlıq məktəbinin, dirijorluq sənətinin, musiqi publisistikasının və tənqidinin inkişafında Əfrasiyab Bədəlbəylinin əvəzolunmaz xidmətləri olmuşdur. Əfrasiyab Bədəlbəyli adı təkcə Azərbaycanda deyil, eyni zamanda vətənimizdən çox-çox uzaqlarda da tanınır. O, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub. O, dərin dünyagörüşünə, dərin biliyə, çoxşaxəli yaradıcılıq istedadına malik bir şəxsiyyət idi, yaradıcılığı olduqca genişmiqyaslıdır. Buna görə də, onun yaradıcılıq irsi qiymətlidir. Əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylinin yaradıcılığı Azərbaycan xalq incəsənətinin ən gözəl ənənələri ilə sıx bağlıdır. Ona görə də Əfrasiyab Bədəlbəylinin musiqişünaslarımız arasında ilk dəfə olaraq Şərq dillərindəki mənbələrə əsaslanaraq muğamlarımızla bağlı apardığı tədqiqatlar bir örnək olmuş və gələcək nəsillərə həm də elmi yaradıcılıq istiqaməti göstərmişdir.
Onun yaradıcılığı Azərbaycan professional musiqi mədəniyyətinin və incəsənətinin inkişafına yönəlmişdir. O, xalq musiqisini dərin həssaslıqla hiss edir və onun nəzəri əsaslarını, lad və intonasiya xüsusiyyətlərini dərindən bilirdi. Ə. Bədəlbəyli ilk Azərbaycan baleti olan “Qız qalası”nın yaradıcısıdır. "Qız qalası" ilə Azərbaycan balet sənətinin şərəfli səhifəsi açılmışdır. Bu əsərdə “Ay bəri bax”, “Şalaxo”, “Tərəkəmə” və s. xalq mahnı və rəqslərindən istifadə olunmuşdur.
Ə. Bədəlbəylinin musiqişünaslıq fəaliyyəti onun bəstəkarlıq və dirijorluq sənəti ilə birgə inkişaf etmişdir. Onun musiqişünaslığa dair çox qiymətli əsərləri mövcuddur. Həmin əsərlərdən bəstəkarın ilk kitabçası olan “ Musiqi haqqında söhbət”, “ Musiqi terminləri lüğəti” və Qurban Primov haqqında yazdığı monoqrafiyanın adını çəkmək olar. Əfrasiyab Bədəlbəyli şərqşünas olmaqla yanaşı, eyni zamanda, Azərbaycan dilinin ustası idi. Ona görə də Əfrasiyab Bədəlbəylinin musiqişünaslarımız arasında ilk dəfə olaraq Şərq dillərindəki mənbələrə əsaslanaraq muğamlarımızla bağlı apardığı tədqiqatlar bir örnək və gələcək nəsillərə həm də elmi yaradıcılıq istiqaməti göstərmişdir. Əsərləri ilə milli musiqimizə dəyərli töhfələr verən Əfrasiyab Bədəlbəylinin irsi musiqişünaslığımızda, muğamşünaslığımızda ayrıca bir mərhələdir. O, mətbuat orqanlarının səhifələrində resenziyalar, tənqidi və problematik məqalələr çap etdirmişdir. Bəstəkarın musiqişünaslıq yaradıcılığının zirvəsini isə “ İzahlı monoqrafik musiqi lüğəti “ əsəri təşkil edir. Bu lüğət Ə. Bədəlbəylinin uzun illər apardığı tədqiqatlarının nəticəsidir. Həmin əsər Azərbaycan dilli musiqi terminalogiyasının bünövrəsini qoymuşdur. Lüğətdə Azərbaycan musiqi terminləri, musiqi təcrübəsində istifadə olunan musiqi terminləri, musiqi ədəbiyyatında istifadə olunan terminlər barədə oxucuya geniş məlumat verilir. Burada aşıq və xanəndə yaradıcılığı, qədim və Azərbaycan musiqi alətləri haqqında, muğamlar, onların şöbələri, ifa üsulların barədə dəyərli məlumatlarla bölüşür. Əminəm ki, bu lüğət musiqişünaslarımızın, bəstəkarlarımızın stolüstü kitabına çevrilmişdir.
Ə.Bədəlbəyli istedadlı bəstəkarlar, dirijorlar, opera və balet artistləri, xanəndələr, muğam ifaçıları, gənc musiqiçilər haqqında məqalələrində onların nailiyyətləri, yaradıcı istedadları haqqında yazmaqla, həm də istedadlı fərdlərə musiqi mədəniyyətinin perspektiv inkişaf xəttində yanaşmış, bununla musiqişünaslıq və musiqi təbliğçisi vəzifəsini peşəkar səviyyədə və layiqincə yerinə yetirmişdi. Avropa və rus klassik bəstəkarlarına həsr etdiyi çoxsaylı məqalələri ilə o, musiqi publisitikasının maarifçilik xəttini fəallaşdırır, inkişaf etdirirdi.
Ə.Bədəlbəyli nəinki Azərbaycanda, XX əsr dünya şərqşünaslıq elmində musiqi şərqşünaslığının ən böyük nümayəndələrindən biridi. Ə.Bədəlbəyli musiqi mədəniyyətimizdə parlaq və silinməz iz buraxmışdır.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
https://az.m.wikipedia.org http://music.mctgov.az