• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 dekabr 2020-ci il

    Cabbar Qaryağdıoğlu

    Tarverdiyeva Ülkər

    Tarixi-nəzəriyyə fakültəsi

    Musiqişünas II kurs

     

    Cabbar Qaryağdıoğlu

    Şuşa - Şərq ölkələrinin  mədəniyyət mərkəzi, doğma vətənimiz Azərbaycanın dilbər guşələrindən biridir. Şuşa mədəniyyətimizə, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə hər zaman seçilir. Şuşa Azərbaycanın sənətkarlar oylağıdır. Rus şairi Sergey Yeseninin də dediyi kimi “Əgər bu şəhərdə biri oxumağı bacarmırsa, deməli, Şuşalı deyil”. 

    Buna  səbəb vətənin  gözəlliyi, qeyri-adiliyi insanların damarlarına keçərək onların səsində, avazında, sənətində öz təsirini göstərir. Şuşanın Azərbaycana bəxş etdiyi, nadir, büllür səsi ilə hər kəsi heyran edən şəxsiyyətlərindən biri də Cabbar Qaryağdıoğludur. Azərbaycan musiqi tarixinin yeni bir mərhələsi Cabbar Qaryağdı oğlunun adı ilə bağlıdır. Cabbar Qaryağdı Hacı Hüsü, Məşədi İsi kimi zəngin yaradıcılıq yolu keçmiş sənətkarlardan biridir. Cabbar Qaryağdıoğlu 20 yaşında ikən peşəkar xanəndə kimi tanınırdı və Qarabağın bütün məclislərində, toy şənliklərində iştirak edirdi. Onun xoş sədası,özünə məxsus avazı tezliklə Gəncəyə, Şamaxıya, Bakıya və daha uzaqlara yayıldı.Onu tez-tez Cənubi Qafqaza, Orta Asiyaya, İrana dəvət edirdilər. Cabbar Qaryağdıoğlu, hər şeydən əvvəl böyük muğam ustası idi. Muğamın bütün incəliklərini, onun texnikasını dərindən bilirdi. Cabbar Qaryağdıoğlu  muğamın spesifik xüsusiyyətini və müxtəlif hissələrini məharətlə oxuyar və bu hissələrdən istifadə etmək üçün təsniflərdən böyük ustalıqla istifadə edirdi. Məsələn, Qaryağdıoğlu Bayatı Qacar muğamını çox orjinal bir şəkildə məhz Azərbaycan muğamının xüsusiyyətlərinə əsasən oxuyurdu. Kürdü-Şahnaz və Dəştini son dərəcə lirik tonda, özünə məxsus əlavə zəngulələrdə dinləyicilərə çatdırırdı.     

     Onu da qeyd edim ki, Cabbar Qaryağdıoğlu Azərbaycan mədəniyyətinin ilk aktyorlarından biri olub. O 19-cu əsrin 80-ci, 90-cı illərindən başlayaraq nəinki Şuşada,bütövlükdə Cənubi Qafqazda səhnələşdirilmiş teatr tamaşalarında çıxış edirdi. Xüsusilə də, 1897-ci ildə Əbdülrəhim bəy Haqverdiyev tərəfindən hazırlanan “Məcnun Leylinin Qəbri üstündə” musiqili səhnəciyində Cabbar Qaryağdı oğlunun yaratdığı Məcnun rolu Azərbaycan səhnəsinin ilk Məcnunudur. Bildiyimiz kimi , Üzeyir Hacıbəyli şərqin ilk muğam operası olan “Leyli və Məcnun” operasını 1897-1898-ci illərdə -13 yaşında ikən Şuşa şəhərində  gördüyü bu səhnəcikdən sonra yazmışdır. Məhz Qaryağdıoğlunun şövqlə yaratdığı Məcnun rolu dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə ilham vermişdir.

    Cabbar Qaryağdıoğlu bütün ömrü boyu doğma xalqının, incəsənətinin inkişafında çalışmışdır. O ,xalq musiqisinin ən gözəl nümunəsi olan təsnif və mahnıların toplanmasında xüsusi həssaslıqla yanaşmışdır. Qaryağdıoğlu 1934-cü ildə Bülbülün rəhbərlik etdiyi “Azərbaycan musiqisini öyrənən elmi kabinet”ə 220 xalq mahnısı,təsnif və 70-ə yaxın xalq musiqi parçası təqdim etmişdir..Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilaçılarından biri olan Cabbar Qaryağdıoğlu uzun illər klassik  musiqidən dərs deyərək,var qüvvəsini xüsusilə gənc xanəndələr yetişdirmək işinə həsr etmişdir.Onun sənətindən bəhrələnən ,ondan dərs alan ifaçılar; Seyid Şuşinski,Zülfü Adıgözəlov,Xan Şuşinski,Cahan Talışinskaya bütün mühasibələrində,xatirələrində  ustadlarını Cabbar Qaryağdıoğlunu minnətdarlıqla xatırlayır.

    Bir zamanlar məlahətli səsi ilə milyonlarla insanların heyran qoyan Cabbar Qaryağdıoğlu aramızda olmasa da onun səsinin naxışları həmişəyaşardır.

     

    İstifadə edilmiş ədəbiyyat:

    Firudin Şuşinski “Azərbaycan xalq musiqiçiləri”