3 dekabr 2020-ci il
Rəşid Behbudov. Qarabağın görkəmli xadimləri
Adı: Özləm
Soyadı: Əliyeva
I kurs Musiqişünas
Rəşid Behbudov. Qarabağın görkəmli xadimləri
Tələsin, insanlar, şadlıq görməyə,
Qəm-qüssə görməyə gecikin bir-az.
Tələsin, insanlar deyib-gülməyə
Göz yaşı tökmədən bezikin bir az...
Azərbaycan mədəniyyətini və incəsənətini dünya arenasına çıxarmaqda misilsiz xidmətləri olan, milli musiqimizin gücü və Tanrının bəxş etdiyi ecazkar səsinin sehri ilə milyonların qəlbini ovsunlayan bənzərsiz sənətkar Rəşid Behbudov. Rəşid Behbudov ifaçılıq fəaliyyətinə başlayanda cəmi 15 yaşı vardı. Sözün əsl mənasında, qeyri-adi, gözəl və zəngin çalarlı səsə malik olan Rəşid Behbudov nəinki Azərbaycan, eləcə də keçmiş sovet məkanına məxsus ifaçılıq, məktəbinin çox görkəmli nümayəndələrindən olmuşdur. Rəşid Behbudovdan sonra ikinci elə bir sənətkarımız yoxdur ki, dünyada 50-dən artıq xalq mahnısı həmin xalqın dilində ifa etsin.
Böyük sənətkarımız öz vətənini Azərbaycan torpağını çox sevirdi. Böyük müğənninin səsinin ahəngində nəfəsində qəribə bir həzinlik vardı. Bu səsin cazibəsi, əfsunu elə güclü idi ki, bu gündə Rəşid Behbudovun yeri göynəyir və görünür. Anasından və Vətənindən eyni eyni dərəcədə doya bilməyən, doğma torpağın hər qarışına baş əyməkdən yorulmayan Rəşid Behbudov bu sevgini öz mahnılarında çox qüdrətlə ifadə edirdi. İndi də insan o mahnıları dinləyəndə çox qəribə hisslər keçirdir. Yurdumuz haqqında oxuduğu mahnılarda, çəkdiyi Azərbaycan harayı insanda ən ali hissləri ucaldır. Vətən istəyini səsi vasitəsilə bu cür dərin və incəliklə bildirmək hər müğənniyə qismət olmur.
Usatdı təkcə Vətənində sevmirdilər!
Çoxları bunu indi də etiraf edir ki, vaxtilə dünya Azərbaycanı iki nemətinə görə bir neftə, bir də Rəşidin səsinə görə tanıyırdılar.
Vətənə sevgi, hörmətdə hər bir insana qismət olmur. Çox şükür ki, biz 30 ildən sonra öz doğma torpaqlarımıza geri qayıdırıq. Biz bunu Ali baş komandan Cənab İlham Əliyevin və Vətən üçün canından keçməyə hazır olan əsgərlərimizin hesabına nail olduq. Xalqmız birlikdə dəmir yumruq oldu. Bizim ən gözəl musiqi beşiyimiz Şuşa azad oldu, 30 ildən sonra Qarabağımızda üç rəngli bayrağımız dalğalanır.
Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır.
Heydər Əliyev
Rəşid Behbudov haqqında seçilmiş məqalələrdən