• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 dekabr 2020-ci il

    Seyid Şuşinski

    Adı: Səmra

    Soyadı: Qaıyeva 

    III kurs Musiqişünas

    Seyid Şuşinski

    Seyid Şuşinski Hər dəfə klassik muğam musiqisindən, bu xəzinənin nadir incilərindən söz düşəndə gözlərimiz qarşısında qoca Şərqin qüdrətli sənətkarlarından biri olan Seyid Şuşinski in unudulmaz obrazı canlanır. Böyük xanəndə mənalı ömrünün 60 ilini xalq musiqisinə və onun inkişafına həsr etmişdir. Klassik Şərq və Azərbaycan ifaçılıq sənəti tarixində xüsusi yeri olan Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski 1889-cu ilin yazında keçmiş Şuşa qəzasının Horadiz kəndində anadan olmuşdur. Mir Möhsün uşaq yaşlarında ikən atası vəfat edir. Balaca Möhsünün tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olur. Dövrünün savadlı qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edirdi Gənc Seyid ilk təhsilini Horadizdə mədrəsədə almışdır. O, burada ərəb və fars dillərini müəyyən dərəcədə öyrənir. Seyid xalq ədəbiyyatı ilə daha ciddi məşğul olur, aşıq havalarını və el havalarını həvəslə oxuyardı. O, mədrəsəni bitirdikdən sonra dərzilik sənəti ilə məşğul olur. Lakin, buna baxmayaraq arabir dini mərasimlərdə və xalq şənliklərində də çıxış edirdi. Seyidin peşəkar bir xanəndə kimi tanınmasında xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olmuşdur. Seyid Şuşinskinin Şuşalılar qarşısında ilk çıxışı 1908-ci ildə “Yay klubu”nda olmuşdur. Seyid Şuşinski xüsusi musiqi məktəbi bitirməmişdir. Lakin, o, fitri istedadı və bacarığı sayəsində gənclik illərində dövrünün məşhur musiqişünaslarından, tarzənlərdən musiqi elminin sirlərini öyrənmişdir. O, artıq 20 yaşlarında Qarabağın “Əsnaf” toylarında çıxış edən I dərəcəli xanəndə kimi el arasında məşhur olmuşdur.

    Azərbaycan opera musiqisinin banisi Üzeyir Hacıbəyli onun müstəqil və orjinal yaradıcılıq yoluna malik olduğunu dəfələrlə qeyd etmişdir. Böyük müğənnimiz Cabbar Qaryağdıoğlu da onun adını həmişə fəxrlə çəkmiş, hətta Bakı məclislərinin birində öz qiymətli qavalını ona bağışlamış və Seyidi “Şərq musiqisinin incisi” adlandırmışdır. Onun yaxın köməyi və gözəl ifaçılıq fəaliyyəti nəticəsində Fikrət Əmirovun dünyanın bir çox ölkələrində böyük müvəffəqiyyətlər qazanmış “Şur”, “Kürd-Ovşarı”, və Niyazinin “Rast” simfonik muğamları yaranmışdır. Klassik Şərq musiqisinin repertuarında elə bir muğam tapmaq çətindir ki, onu Seyid Şuşinski ifa etməsin. Muğamlar onun əsl yaradıcılıq meydanı idi. Bu meydanda onun istedadı “Cahargah”, “Mahur”, “Arazbarı”, “Humayun”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Heyratı” kimi mürəkkəb muğamların ifasında parlamışdır. Onun oxuduğu və xalq tərəfindən sevilə-sevilə dinlənilən “Cahargah” muğamı bütün yaxın Şərq ölkələrində şöhrət qazanmışdır, özüdə həmişə onu “mayə”dən yox, “mənsuriyyə”dən başlayırdı. Seyid Şuşinski həyatının son illərində, yaşı artıq 74-ü ötmüş olsa da, “Mənsuriyyə”ni eyni şövqlə oxuyardı. O,öz ifaçılığında klassik şairlər-Hafiz Şurası, Məhəmməd Füzuli, Seyid Əzim Şirvaninin qəzəlləri ilə yanaşı, Hüseynin Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə müraciət edirdi.

    Seyid Şuşinski 1911-ci ilədək Şuşada yaşamışdır. Həmin il o, toy məclislərinin birində Məşədi Cəmil Əmirovla tanış olur. O Şuşinski in ifasını bəyənir və özüylə onu Gəncəyə aparıb. O,Gənclərin də sevimlisinə çevrilir, o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Tiflis o zamanlar Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. Beləliklə o, 1919-cu ilədək orada yaşayır. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır, teatrlara gedir, tamaşalararası fasilələrlə konsertlər verirdi. O, Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmasına Maddi yardım göstərmişdir. Seyid Şuşinski nadir istedada, geniş musiqi hadisəsinə və yüksək ifaçılıq mədəniyyətinə malik bir sənətkar idi. O, musiqimizin inkişafında dahi müğənnimiz Cabbar Qaryağdıoğlunun ənənələrini dönmədən davam etdirmişdir. Seyid Şuşinski musiqi həyatına ilk dəfə qədəm qoyanda Cabbar Qaryağdıoğlunun ifaçılıq məktəbini görmüşdür. Sonralar isə Şuşanın və Tiflisin musiqi həyatı Seyid üçün həqiqi konservatoriya olmuşdur. Seyid Şuşinski bir çox muğamlara yeni guşələr nəfəslər, hətta hissələr əlavə etmişdir. “Rast” və “Kürdü-Şahnaz” muğamlarının “Dilkəş” hissəsini dinləyicilərə ilk dəfə çatdıran Seyid Şuşinski olmuşdur. Böyük sənətkar həm də bir çox muğamları birləşdirib oxumuşdur. Bunlardan “Rast-Humayun”, “Qatar-Bayatı”, “ŞurŞahnaz” və s. dəstgahları göstərmək olar. Görkəmli xanəndə 1965-ci ildə vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.Zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri olan Seyid Şuşinski musiqi xadimi, pedaqoq, Xalq Artisti, Əməkdar müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rooynamışdır. Ədəbiyyat siyahısı 1.Şuşinski F. – Seyid Şuşinski-Azərbaycan musiqi xəzinəsi Bakı,2015 2.Abbasova A- Ruhumuzun qidası mugamdır 3.S.Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan respublikasının prezidentinin sərəncamı 4.Abbaslı T- muğam ifaçısı S.Şuşinski haqqında 5.Əsədullayev A-Peşəkarlıq-bu muğam ifaçılığının əsas şərtid