• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 noyabr 2020-ci il

    Ruhumuzun  paytaxtı  Şuşa...

    Bakı Musiqi Akademiyası                          

      Rəhimova Nərmin

    Musiqişünas I kurs

    Ruhumuzun  paytaxtı  Şuşa...

    Mən Sizə  “Kiçik Paris” dən, “Qafqazın məbədin”dən, “Azərbaycan musiqisinin beşiyi”ndən, “Zaqafqaziyanın konservatoriyası” adlandırılan diyardan danışıram...
    O diyar ki, XIX əsrdə 95 şair, 22 musiqişunas, 58 xanəndə və.s sənətkarlar yetishdirdi öz qoynunda,evezolunmaz yurdunda...
    Öz havası ilə,suyu ilə Süleyman Ələsgərov, Zülfüqar Hacıbəyov, Zakir Bağırov, Soltan Hacıbəyov ve.s. kimi bəstəkarlar,  Hacı Hüsü, Bülbülcan, Cabbar Qaryağdıoğlu, Məcid Bəhbudov, İslam Abdullayev,  Xan Şuşinski, Mir Möhsün Nəvvab, Mirzə Sadıqca, Əhməd Ağdamski ve.s kimi evezolunmaz senetkarlar qazandırmışdır Azərbaycan musiqisinə,mədəniyyətinə...
      Bu o torpaqdır ki,ondan   Xarı Bülbül’un ətri gəlir…Bura Şuşadır..!
    1752-ci ildə təməli Pənahəli Xan terefinden qoyulmuş Şuşa..!
    Əvvəlcə öz banisinin adı ilə “Pənahabad” adlandırılsa da,sonralar “Şuşa qalası” adlandırıldı...
      Mədəniyyət ocağımızda 1883-cu ilden 1893-cu ile qeder Kor Xəlifin dini xarakterli musiqi məktəbi fəaliyyət göstərdi...Məktəbi şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır..Burada muğam oxumaq,tar,kamança və digər musiqi alətlərində ifa etməyi öyrədir,şagirdləri klassik musiqi ilə və hətta musiqişunas,ədəbiyyatçı kimi yetişdirirdilər...Bu məktəb qonşu vilayətlərdə və İranda tanınmış,Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühum rol oynamışdır...
      Hətta XIX əsrin ortalarında tədris ocağı kimi “Muğam məktəbi” ilk dəfə Xarrat Qulu tərəfindən yaradılmışdı...Həmcinin sonradan muğam tədris edən musiqi məktəblərinin təşkilinə nümunə olmuşdur...
    Bu məktəb dinə xidmət etsədə,Qarabağın ən görkəmli,əvəzsiz xanəndələrini Hacı Hüsü, Məşədi İsi,Dəli İsmayıl,Şahnaz Abbas,Əbdülbağı Zülalov(Bülbülcan),Keştazlı Həşim,Keçəçi oğlu Məhəmməd,Cabbar Qaryağdıoğlu və tərzan Sadıqcan bu məktəbin,bu mədəniyyət ocağının yetirmələridir...
      XIX əsrin sonlarında Şuşada Molla İbrahim adli shexsde dini xarakterli musiqi məktəbi yaradır...Bir çox musiqi xadimləri,muğam ustaları,Bahadur Mehralı oğlu,Bülbül və.b musiqi təhsilini məhz burada almışdır...
      Şuşadan bəhs edərkən orada təşkil olunan məclislərdən söz açmamaq qeyri-mümkundur...
    Şamaxıda “Mahmud Ağanın dərnəyi” , Bakıda “Məşədi Məlik Mənsurovun salonu” qeyd olunurdusa eyer  Şuşada da “Nəvvabın məclisi” qeyd olunurdu...
      Ədəbi məclis olan “Məclisi-Fəramuşan” 1872-ci ildə Mir Möhsun Nəvvabın evində təşkil edilmişdir..Bu məclis Azərbaycan musiqi və muğam sənətinin inkişafında yeni xanəndələr və musiqi nəslinin yetişməsində mühum rol oynamışdır...
    Ədəbi-musiqili məclis olan Məclisi-üns 1846-cı ildə şair Hacı Abbas Agahın evində XurşudBanu Natəvanın rəhbərliyi ilə təşkil olunurdu...
      Qeyd etməliyəm ki,bu mədəniyyətin yetişdirdiyi görkəmli bəstəkar Zülfüqar  Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan” ın müəllifi olmuşdur..Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsidir..Mətni və musiqisi bəstəkara aiddir...
      Tesadüfi deyil ki,Şərq musiqisinin məşhur tədqiqatçısı V.Vinoqradov 1938-ci ilde Üzeyir bəy haqqında kitabında yazırdı..: “Şuşada musiqi çoxdur.Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını,rəqslərini,xanəndə və sazəndələrini burada eşitmək olar.Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır.Şuşa musiqiciləri Azərbaycan musiqisinin tarixini yaradırdılar və onu yalnız vətənlərində deyil,digər şərq ölkələrində də təqdim edirdilər..”
      Bu ifadəni və gercəkliyi böyük bir fəxrlə dilə gətirirəm...Xalq arasında istifadə olunan məşhur bir kəlam var idi..: 
    “Şuşada körpələr belək də belə muğam üstundə ağlarlar..”
    Bu musiqi,bu mədəniyyət hətta bu sevgi inkar oluna bilecek formada deyil...Əfsuslar olsun ki,30 il müddətində laiq olduğu qayğını görmədi doğma yurdumuz...
    Şuşadan,onun mədəniyyətindən,əzəmətindən,torpaqından,çiçəyindən qürurla,həsrətlə bəhs edərkən qelbimə damla-damla Səməd Vurğunun yazdığı bu misralar toxunur...:
    Əymə sən başını,başımın tacı...
    Nəhayət tapılar dərdin əlacı...
    Ər-aslan oğullar ayağa qalxar...
    Ayaqlar altında qalan bayrağı...
    Şuşa qalasının başına taxar...

    Sən azad olarsan qəmdən,kədərdən...
    Bağlı qapıların açılar birdən...
    Açılar günəşin qaralan üzü...
    Onda bayram edər bütun yer üzü...

    Bəli artıq bayram edirik..Hər birimizi,uşaqdan böyüyə...Çünki,Həsrət bitti..!Kədər bitti..! Şuşa bizimdir..! Qarabağ bizimdir..! Bu medeniyyet,bu torpaqlar yeniden bizimdir..!
    Yaşasın Azerbaycan..! Qarabağ Azerbaycandır...