• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 noyabr 2020-ci il

    Qarabağın görkəmli musiqi xadimləri-Xarrat Qulu

    Bakı Musiqi Akademiyası

    “Tarix-Nəzəriyyə” fakültəsi  Musiqişünaslıq ixtisası

    Əhmədbəyova Vəfa     I kurs.

    Qarabağ-Azərbaycanın ən gözəl guşəsi olmaqla yanaşı,dahi sənətkarlar yetişdirmiş müqəddəs torpaqdır.Dünyada cox az şəhər var ki,onun hər daşına,qalasına,havasına musiqi hopub.Biz bu şəhərlərə nümunə kimi Avstriyanın Vyana,İtalyanın Neapol,Azərbaycanda isə Qarabağın Şuşa şəhərini göstəririk."Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar"-məhz elə bu deyim əbəs yerə deyilməmişdir.

    Şuşa-Zaqafqaziyanın konservatoriyasıdır.Qasım bəy Zakir,Xurşudbanu Natəvan,Nəcəf bəy Vəzirov,Əbdürrəhim bəy Haqverdiyev,Üzeyir bəy Hacıbəyli,Firudun bəy Köçərli,Bülbül,Cabbar Qaryağdıoğlu və digər görkəmli şəxsiyyətlər Azərbaycanın göz bəbəyi olan Şuşa şəhərinin yetirmələridir.

    XIX əsrin ikinci yarısında Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri,cəmiyyətləri,dərnəkləri təşkil olunurdu.Belə ki,Bakıda Məşədi Məlik Mənsurovun məclisi,Şamaxıda Mahmud Ağanın,Şuşada isə Xarrat Qulu Məhəmməd oğlu və Mir Möhsün Nəvvabın məclisləri Azərbaycan musiqisinin inkişafında önəmli rol oynamışdır. Həmin bu dövürdə Qarabağda  muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.

    Əlamətdardır ki,muğamı tədris edən ilk musiqi məktəbi Şuşanın məşhur bilicisi Xarrat Qulu tərəfindən təşkil olunur.Musiqişünas Xarrat Qulunun məclisi Azərbaycan muğam sənətinin inkişafında böyük rol oynamışdır.Onun təşkil etdiyi məclisdə 70-ə yaxın sazəndə fəaliyyət göstərib.O,bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamları,şərq musiqisinin əsaslarını,xalq mahnılarının düzgün oxuma qaydalarını öyrədir.Lakin,buna baxmayaraq məktəb əsasən dinə xidmət edirdi.O,şagirdlərini dini ayinlərdə iştirak etmək üçün hazırlayırdı.Buna baxmayaraq,Azərbaycanın görkəmli xanəndələri-Hacı Hüsü,Məşədi İsi,Bülbülcan,Keçəçi oğlu Məhəmməd,Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan Xarrat Qulunun yetirmələridir.Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq Şuşada musiqinin nəzəri məsələlərinə dair əsərlər də yaradılıb.Busırada məşhur alim və şair Mir Möhsün Nəvvabın xidmətini mütləq qeyd edilməlidi.

    Azərbaycanın görkəmli ədəbiyyat tənqidçisi,siyasətçisi Firudun bəy Köçərli"Azərbaycan ədəbiyyatı"kitabında yazırdı:"Kərbəlayı Xarrat Qulunun sənəti xarratlıq idi.Çox dəqiq və əhli-zövq,şirinkəlam bir şəxs ki,Şuşa əhli onu əziz,mehriban tutardı.Öz sənətində artıq məharəti olduğu kimi,elmi musiqidən də xəbərdar idi."Beləliklə,Qulu həm bacarıqlı xarrat,həm gözəl səsli muğam ustası,həm də istedadlı şairdir.Bu 3 sənətin dahisi sayılan Xarrat Qulu ağacdan gözəl əşyalar,fiqurlar,müxtəlif musiqi alətlərinin əsas hissələrini düzəldmişdir.

    Beləliklə də, Qarabağın Şuşa şəhərindən gələn görkəmli sənətkarlarımız yaradıcıllıqları ilə ilklər sırasında dayanmışdır.Bu fakt Şuşanın yalnız Azərbaycana məxsus olduğunu bir daha təstiqləyir.

    Ali Baş Komandan,Cənab Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan xalqının tarixində ən böyük qələbə-Şuşa şəhərinin işğaldan azad edilməsi əbədi olaraq xalqın qürur mənbəyi olacaqdır!

    Əziz Şuşa sən azadsan!

    Əziz Şuşa,biz qayıtmışıq!

    Əziz Şuşa,biz səni dirçəldəcəyik!

    Qarabağ bizimdir!Qarabağ Azərbaycandır!

    Prezident İlham Əliyev