• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 oktyabr 2020-ci il

    Bakı Musiqi Akademiyasının doktorantı Beynəlxalq Müsabiqədə Qran-pri qazandı

     Bu yaxınlarda Qazaxıstanın Almatı şəhərində "TESSA" VI Beynəlxalq musiqi müsabiqəsi keçirilmişdir. Uşaqların, gənclərin və böyüklərin yaradıcılıq potensialını açıqlamaq məqsədi ilə təşkil olunan "TESSA MUSIC CONSEST" müsabiqəsi instrumental və vokal ifaçıların yaradıcı solo və ansambl ifaçılarının peşəkar səviyyəsinin yüksəldilməsinə yönəldilib. Müsabiqə üç ölkəni əhatə edir – Azərbaycan, Rusiya, Qazaxıstan. Müsabiqə iştirakçılarını adları çəkilən ölkələrin aparıcı musiqiçiləri qiymətləndirmişdir.

    Bu müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı gözəl tenor səsə malik Rüfət Piriyev Qrin-Pri mükafatını qazanıb. Qeyd edək ki, Rüfət Piriyev vokal ixtisası üzrə böyük ifaçılıq və pedaqoji təcrübəyə malik olan BMA-nın dosenti Svetlana Mirzəyevanın, opera-səhnə sənətləri üzrə Azərbaycanın ilk qadin rejissoru, Azərbaycan SSR dövlət mükafatlar laureatı, SSRİ xalq artisti Gülcahan Güləhmədova-Martınovanın sinfini bitirib.

    O, tələbəlik illərindən Akademiyanın, Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının tədbirlərində yeni kompozisiyalarla – “Ulu öndər” (sözlər – Qabil Ədalət, musiqi – Aytən Oqtayqızı), “Heydərimiz” (sözlər – Gülər Əlvanqızı, musiqi – Aytən Oqtayqızı) və s. – fəal iştirak edirdi.

    İndiki müharibə dövründə də vətənpərvər oğullarımızı, əsgərlərimizi yaddan çıxarmır, öz yeni ifaları ilə töhfələrini vermiş olur. Onun ifasında bir çox vətənpərvər mahnılar səslənib, onların sırasında “Başın sağ olsun, Vətən” (sözlər – Qabil Ədalət, musiqi – Aytən Oqtayqızı), “Gözəl yurdum Azərbaycan (sözlər – Gülər Əlvanqızı, musiqi – Aytən Oqtayqızı), “Azərbaycanım mənim” (sözlər – İlqar Namazov, musiqi – Aytən Oqtayqızı)  və digərlərinin adlarını çəkmək olar.

    Rüfət Piriyev daim öz üzərində işləyir, konsert, müsabiqə və digər tədbirlərdə fəal iştirak edir. eyni zamanda o, elmi və pedaqoji fəaliyyəti ilə də məşğul olur, müxtəlif konfraslarda çıxış edir, məqalələr dərc edir, şagirdlər yetişdirir.

    Hazırda vokalçı elmi dərəcə almaq üçün dissertasiya üzərində işləyir. Eyni zamanda aktual mövzularda kompozisiyalar hazırlayır (“İlhamla irəli”, “Ulu xalqım”, “Azərbaycan əsgəri”). Gənc musiqiçiyə yeni-yeni uğurlar arzulayırıq.

     

    A.İbrahimova