29-31 may 2020-ci il
2020-ci il 29-31 may tarixlərində Barselona şəhərində rus klassik musiqisinin “Русская альборада” adlı gənc ifaçılardan ibarət V Beynəlxalq müsabiqə keçirildi. Fortepiano nominasiyası üzrə münsif heyətinin tərkibində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor, Əməkdar müəllim, Pedaqoji elmlər namizədi Nərminə Quliyeva iştirak etmişdir.
Müsabiqə çərçivəsində N.Quliyeva gənc ifaçılara ustad dərs də keçmişdir.
Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə iştirak edən ifaçılarımız- Fortepiano-solo nominasiyası: Aygül Rzazadə (II yer), Leyla Zeynalova (Qran-Pri), Səbinə Eldarlı (I yer), Nüşabə Hacıyeva (II yer), Nərgiz Əliyeva (I yer), Nigar Heydərli (I yer), Fidan Tağıyeva (II yer), Fatimə Əliyeva (I yer), Fidan Yunus (II yer); İnstrumental ifaçılar nominasiyası: Məhəmmədəli Paşazadə (klarnet, I yer), Səid Bağırzadə (klarnet, I yer), Zakir Allahverdili (qoboy, Qran-Pri), Hüseynzadə Nərgiz (skripka, Diplom); Vokal-solo nominasiyası: Əli Muradov (II yer), Adelin Öztürk (III yer), İnstrumental ansamblı nominasiyası: Raimə Əhmədova və Ülkər Musayeva (4 Diplom); Vokal ansamblı və xorlar nominasiyası: Bakı Musiqi Akademiyasının vokal-xor ansamblı (II yer).