• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2020-ci il

    Bakı Musiqi Akademiyasının tələbələri "Creative Spark" layihəsi çərçivəsində iyun ayında keçiriləcək "Böyük İdeya Müsabiqəsi 2020" - də (Big Idea Challenge 2020) iştirak edəcəklər.

    Bakı  Musiqi Akademiyasında layihənin koordinatorları Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zülfiyyə Şəfiyevadır. 

     "Böyük İdeya Video Müsabiqəsi 2020" Britaniya Şurasının elan etdiyi Creative Spark Ali Təhsil Müəssisəsi Proqramının əsas hissəsidir və tələbələrə, məzunlara innovativ start-uplar inkişaf etdirərək bütün dünyada ideyalarını nümayiş etmək imkanı yaradır. Müsabiqə 3 kateqoriya üzrə keçirilir: Rəqəmsal texnologiya (Digital technology); Sosial təsir (Social impact) və Yaradıcı (Creative). Hər ölkə üzrə qaliblərə ideyalarını reallaşdırmaq üçün mentorluq dəstəyi, Böyük Britaniyada Start-up proqramında iştirak haqqı və pul mükafaı təqdim olunacaq.

    Şərqi London Universitetinin mütəxəssisləri tərəfindən fevral və may aylarında keçirilən təlimlərdə seçilən Bakı Musiqi Akademiyasının tələbələri Xəyalə Cavadvend (İdeya - Falcon Packaging and Transporting Company); Fərid Əli və Məmməd Mahmudzadə (İdeya - Baku Records); Ülkər Qüdrətli - (İdeya - Online Music Education); Mədinə Hüseynova (İdeya - Unique Fashion Design) və Elnura Sadıqova (İdeya - Unlimited Music) "Böyük İdeya Video Müsabiqəsi 2020"- də iştirak etmək haqqı qazanıblar.