12 yanvar 2020-ci il
2020-ci il 12 yanvar tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Ümid” İncəsənət müsabiqəsi keçirildi.
Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Beynəlxalq əlaqələr və tərbiyə işləri” üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovanın tələbələri iştirak edirdi. BMA-nın “Sabah qrupu”nun II kurs tələbələri Ülkər Musayeva və Rəhimə Əhmədova müsabiqədə müvəffəqiyyətlə iştirak etdilər. Ülkər Əhmədova ansambl üzrə I yer qazanaraq, Laureat adına layiq görüldü. Rəhimə Əhmədova isə Solo fortepiano ifaçılığı üzrə I yer qazanaraq, laureat adına layiq görüldü.