• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 may 2019-cu il

    “Nəsimi romans” müsabiqə-festivalı

    Cənab Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İ.Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı əsasında Nəsimi irsinin araşdırılması, öyrənilməsi və təbliği məqsədi ilə 2019-cu il “Nəsimi ili” elan edilmişdir.
    29 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında gənc bəstəkarlar arasında keçirilən “NƏSİMİ ROMANS” müsabiqə-festivalın açılışı və I turu keçirilib. “NƏSİMİ ROMANS” müsabiqə-festivalının bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycan və SSRİ xalq artisti, Professor Fərhad Bədəlbəylidir. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycanın görkəmli bəstəkarı, Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının xalq artisti, professor Firəngiz Əlizadə və münsiflər heyətinin tərkibi Əməkdar İncəsənt Xadimləri, professorlar Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov, Humanitar fənnlər kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor, nəsimişünas Tərlan Quliyevdən ibarət olub. Münsiflər heyəti BMA-nın tələbə və məzunlarının Nəsiminin sözlərinə yazılmış yeni 17 romanslarını dinləyib qalibləri müəyyənləşdiriblər. Belə ki, ifa olunan romanslar sırasında – Vəfa Bağırzadə Camal qızı "Mərhəba" romansı, Aysel Əlixanlı Sevdar qızı“Canım əfəndi” romansı, Sara Amirian Aliakbar qızı “Allahü əkbər, еy sənəm, hüsnündə hеyran olmuşam”, Sevinc Əliyeva Əli qızı"Yanaram" romansı, Röya Hüseynova Firəddin qızı “Dünya günəşi, dünyada imanım əfəndi”, Sevinc Balabəyova Əmiraslan qızı “Təzə ay gördükdə, dilbər...” “Ətrini duyuram səməndən, güldən...”, Aysel Əzizova Firdovsi qızı“Dünya duracaq yer deyil” romansı, Qumru İmamverdiyeva Mehman qızı“Eylə” romansı, Elvin Quliyev İlham oğlu “Neylərəm” romansı, Azər Əhməd oğlu Əsgərov “Can bilir ancaq” romansı, Vüqar Məmmədzadə Əbdüləli oğlu“Hardasan” romansı, Lalə Baxışova Kazım qızı“Sənsiz” romansı, Vüsal Namazlı Fikrət oğlu“Ancaq” romansı, Ülkər Aşurbəyova Sevdim qızı“Mərhaba, xoş gəldin, ey ruhi-rəvanım, mərhaba!” romansı, Tamilla Əhədova Əflatun qızı“Sənsiz” romansı, Aydan Əliyeva Əbdüləmi qızı“Könlüm” romansı, Saleh Nəzərov Elnur oğlu "Sığmazam" romansı səsləndirilib.
    Müsabiqədə qaliblər I, II, III yerlər laureat adına layiq görülərək 3 diplomla mükafatlandırılıblar.