30 aprel -5 may 2019-cu il
30 aprel -5 may 2019-cu il tarixlərində Gürcüstanın Tiflis şəhərində Vaja Çaçava adına Beynəlxalq Musiqi müsabiqəsi keçirilib.
Qeyd edək ki, bu müsabiqə ilk dəfə 2017-ci ilin mart ayında görkəmli musiqiçi , Moskva və Tiflis Konservatoriyalarının professoru Vaja Çaçavanın xatirəsinə həsr olunub.
Hazırki Müsabiqə “Vaja Çaçavanın beynəlxalq fondu” və Gürcüstanın bəstəkarlar ittifaqının dəstəyi ilə həyata keçirilib. Müsabiqədə Koreyanın, Rusiyanın, Azərbaycanın, Gürcüstanın, Qazaxıstan və Ukraynanın musiqiçiləri iştirak ediblər. Eyni zamanda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu tələbələri müsabiqədə uğurla çıxış ediblər. Həmçinin juri qismində BMA-nın prorektoru, professor Nərminə Quliyeva da iştirak edib.
Müsabiqə iki turdan ibarət olub. Birinci və ikinci turda münsiflərin rəğbətini qazanmış BMA tələbələri müsabiqədə yüksək bacarıq və ustalıq nümayiş etdiriblər.
Belə ki, solo ifaçılıq nominasiyası üzrə Bağırzadə Səid (II kurs) -1 yer Laureat adına, Əmiraslanov Nəriman(III kurs) – 3 yer Laureat adına, Eldarlı Gülnaz (II kurs) -2 yer Laureat adına, İmanova Günel (II kurs) -2 yer Laureat adına layiq görülüb. Kamera musiqisi nominasiyası üzrə - Əmiraslanov Nəriman, Xuduzadə Təhminə, Əmirli Nəzrin -1 yer üzrə Laureat adını qazanıblar. Eyni zamanda BMA-nın konsertmeysteri, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (I yer) və BMA-nın Konsertmeyster ustalığı kafedrasının illustratoru Güllübəyim Məmmədova (II yer) müsabiqədə iştirak edərək diplomlarla təltif olunublar.
Müsabiqənin sonuncu günündə qaliblərin Qala Konserti keçirilib.