• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 – 7 aprel 2019-cu il

    2–7 aprel 2019-cu il tarixlərində klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etmək məqsədilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların «WORLD HARMONY» Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib.

    Müsabiqə Azərbaycan, Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan beş yaş kateqoriyası üzrə 346 ifaçı, altı xor kollektivi, iki rəqs qrupu və 19 ansamblın iştirakı ilə keçirilib.
    Aprelin 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyət Nazirliyinin, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilati dəstəyi ilə keçirilən "World Harmony" müsabiqəsinin qala-konserti olub.
    Qeyd edək ki, münsiflər heyəti qismində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınının Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, Professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Xalq artisti, professor Yusif Axundzadə təmsil ediblər.
    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin III kurs tələbəsi Ələkbərzadə Eldəniz Qran Pri mükafatına layiq görülüb. Həmçinin
    Məhəmmədəli Paşazadə I kurs (Klarnet) I yer, Əliyev Rəsul IV kurs (Fleyta) III yer, Tanıverdiyev Nemət III kurs (Trombon) III yer, Məmmədov Kamran III kurs (Faqot) III yer, Məmmədova Güllübəyim (BMA-nın illistratoru) III yerə layiq görülüblər.
    Təbrik edirik!