• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 iyun 2021-ci il

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamını rəhbər tutaraq “Nizami Gəncəvi” ili elan olunmuşdur.

    “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı çərçivəsində Nizami irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 30.06.2021-ci ildə saat 12.00 da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinın dəstəyi ilə “Nizami Romans” Müsabiqə-Festivalı keçirildi.

    18-35 yaş arası hal-hazırda akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan gənc bəstəkarlardan müsabiqəyə qatılmışdır.

    “Nizami Romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylidir. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil olunmuşdur. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadədir. Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr edilmişdir. Müsabiqədə 6 nominant mükafatlandırıldı. Laureat ( I, II , III yer), Diplomant (IV,V,VI yer). Qaliblərə pul mükafatı təqdim olundu.

    Müsabiqənin Təşkilat Komitəsinin sədri:

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova,

    Təşkilat Komitəsinin üzvləri:

    BMA-nın İnformasiya texnologiyaları və xarici tələbələrlə iş üzrə mütəxəssisi, bəstəkar  Hüseynova Röya,

    Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru  Vüqar Hümbətovdur.

    Müsabiqədə Aydan Əliyeva "OLACAQSAN" romansı,

    (İfa edir: Beynəlxalq müsabiqələr laureatı İslam Hüseynov -tenor;

    Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı Rəhiməxanım Qurbanova),

     

    Elvin Quliyev "Gecə"

    (İfa edir: Beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə;

    Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə),

    Ülkər Aşurbəyova “Gözüm aydın, gözümə surəti canan görünür”

    (İfa edir: Cəlal İsayev,

    Müşayiət edirlər: Arfa- Beynəlxalq musabiqələr laureati Fəridə Ələkbərli; Kamanca - Ruhan Quliyev),

    Vəfa Bağırzadə -  "Eşq"

    (İfa edir: Əməkdar artist Səidə Şərifəliyeva;

    Müşayiət edir: Respublika müsabiqə laureatı Rəna Zəkiyeva),

    Ümidə Fətəliyeva – “Ey dost”

    (İfa edir: Beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə;

    Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə),

    Vüqar Məmmədzadə “Ay üzlü Nigarım”

    (İfa edir:  Beynəlxalq müsabiqələr laureatı Atəş Qarayev -tenor;

    Müşayiət edirlər: Ney - Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Professor İlham Nəcəfzadə;

    Cello-Beynəlxalq müsabiqələr laureatı Orxan Hüseynov;

    Darbuka-Beynəlxalq müsabiqələr laureatı Əkbər Məmmədov;

    Arfa- Beynəlxalq müsabiqələr laureatı Fəridə Ələkbərli),

    Fatimə Məmmədzadə "Təəssüf"

    (İfa edir: Beynəlxalq müsabiqələr laureatı Taleh Rəsulov;

    Müşayiət edir: Respublika müsabiqələr laureatı Sara Məmmədova),

    Hakim Məmmədov “Gözüm aydın”

    (İfa edir: Respublika Müsabiqə laureatı İlkin Abdullayev -tenor;

    Müşayiət edir: Respublika Müsabiqəsi laureatı, Əməkdar müəllim Nərminə Qədimova),

     İlahə Qismət İsrafilova “O anə yetdi”

    (İfa edir: Azərbaycan Dövlət Televiziyasının solisti Bəsti Qasımova -soprano; Müşayiət edirlər: Tar- Efqan İsgəndərov;

    Piano-Beynəlxalq və Respublika Müsabiqələr laureatı Fəqan Həsənli),

     Nigar Süleymanova “Mümkünmüdür məni qurban edəsən?”

    (İfa edir: Respublika müsabiqələr laureatı Talıb İsgəndərli -bariton;

    Müşayiət edir: Beynəlxalq müsabiqə laureatı Nariman Əmiraslanov),

    Fərid Fətullayev “Ay üzlü Nigarım”

    (İfa edir: Respublika müsabiqələr laureatı Cəlal İsayev;

    Müşayiət edir: Ağarəhim Salah),

    Sara Amirian “Bu qəlbim ahü-zar edər!”

     (İfa edir: Respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə;

    Müşayiət edirlər: Piano- Beynəlxalq müsabiqə laureatı Rəhiməxanım Qurbanova;

    Tütək: Respublika və beynəlxalq müsabiqələr laureatı  Məqsəd Əzizov; Qaval- İbrahim Yusifli),

    Aytac Kitaylı “Ay üzlü Nigarım, kimə mehman olacaqsan”

    (İfa edir: Nigar Əsgərova, Müşayət edir: Beynəlxalq və Respublika müsabiqələri laureatı Jalə İslamova).

    Münsiflər heyətinin səs verməsindən sonra l yerə İlahə Qismət İsrafilova, ll yerə Fərid Fətullayev, lll yerə Ülkər Aşurbəyova və Sara Amirian, Nigar Süleymanova, Elvin Quliyev diplomat adına layiq görüldülər. Digər iştirakçılar isə fəxri fərmanla təltif olundular.

    Qeyd edək ki, müsabiqə Üzeyir Hacıyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdur.