• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 yanvar - 2 fevral 2018-ci il 

    British Council, ASAN Radio və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə "Selector PRO" layihəsi çərçivəsində  musiqi tədbirlərin təşkili mövzusunda üç günlük təlimdə Bakı Musiqi Akademiyasının professoru Mina Haciyeva və birinci kurs tələbələri Suada Hacızadə və Elmina Həsənova iştirak ediblər.

    YARAT mərkəzində 31 yanvar - 2 fevral 2018-ci il tarixlərində keçirilmiş təlimdə Birləşmiş Krallıqdan və Azərbaycandan olan aparıcı musiqi xadimləri – nəzəriyyəçi və praktiklər bir araya gəliblər. Üç gün davam edən ustad dərsləri silsiləsində tədbirlərin təşkili, o cümlədən, tədbirlərin planlaşdırılması və konsepsiyasının hazırlanması, auditoriyanın seçilməsi, marketinq, reklam və təşviqat, canlı ifaların təşkili, layihələrin idarə edilməsi, sağlamlıq və əmək təhlükəsizliyi, qanunvericilik və texnologiya kimi məsələlərini işıqlandırıblar. İntensiv təlim kursunu britaniyalı event-prodüser və təlimatçı Dan Tsu (Londonun BIMM musiqi məktəbi/Lyrix Organix hərəkatı) aparıb və nəticədə Bakı Musiqi Akademiyasının nümuyəndələri Sertifikatları əldə ediblər.

    No Images