15 yanvar 2018-ci il
15 yanvar 2018-ci il tarixində Macarıstanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomantı Mihay Qruber Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.
Qonaq Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor Yeganə xanım Axundova ilə görüşmüşdür.
Görüşdə Macarıstan və Azərbaycan mədəni əlaqələrinin inkişafı, gənc musiqiçilərin ifaçılıq bacarıqlarının artırılması, F.List adına Musiqi Akademiyası və Bakı Musiqi Akademiyası arasında yeni əlaqələrin yaradılması, birgə ustadlıq dərslərinin, konsertlərin keçirilməsi haqqında söhbətlər aparılmışdır.