• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 dekabr 2017-ci il

    27 dekabr “Gənclərə dəstək” layihəsi çərçivəsində 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il şənliklərinə həsr olunmuş Respublika və Beynəlxalq müsabiqələr laureatlarının konserti keçirilmişdir.

    Qeyd edək ki, "GƏNCLƏRƏ DƏSTƏK" LAYİHƏSİ 2016-cı ildə yaradılmışdır. Layihənin məqsədi ölkəmizdə gənc musiqiçilərin gələcək fəaliyyətinin müvəffəqiyyətlə davam etdirilməsinə, yeni uğurlarının əldə edilməsinə, ifaçıların ölkənin aparıcı konsert zallarında çıxış etmək üçün şəraitin yaradılmasına, səhnə mədəniyyətinin yüksəldilməsinə, habelə gənc bəstəkar əsərlərinin təbliğ olunmasına yönəlmişdir.

    Konsertin musiqi proqramında Qərb bəstəkarları – R.Şedrin, K.Debüssi, F.List, F.Şopen, J.Bize, E.Qriq ilə yanaşı Azərbaycan bəstəlarlarının (Lalə Cəfərova, Pikə Axundova, Arzu Abbasova, Aysel Kərim) əsərləri də ifa olunmuşdur.

    Qeyd edək ki, konsertdə “Limuneux” ansamblı tərəfindən ilk dəfə ifa olunan musiqisi Pikə Axundovaya sözləri isə Aysel Kərimə məxsus olan “Gənclərə dəstlək Himni” səsləndirilmişdir.

    Konsert olduqca maraqla qarşılanmışdır.