2 dekabr 2017-ci il
Təqdim olunmuş kitab Azərbaycan bəstəkarlarının uşaq mahnılarının milli musiqi köklərinə həsr olunmuşdur. Mövzu milli musiqişünaslığımızda ilk dəfə tədqiqat obyektinə çevrilmişdir.
Məlumdur ki, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli başqa janrlarla yanaşı uşaq manıları sahəsində də ilk nümunələrin yaradıcısıdır. Onun ənənələrini yeni mərhələdə A.Zeynallı, T.Quliyev, S.Rüstəmov, F.Əmirov, T.Bakıxanov, M.Əhmədov, A.Rzayev, O.Zülfüqarov, S.İbrahimova və başqa bəstəkarlar əzmlə davam etdirmişlər.
Monoqrafiya 2 fəsildən ibarətdir. Kitabın 1 hissəsi girişdən, 2 fəsildən notoqrafiya və istifadə edilmiş ədəbiyyat siyahısındn ibarətdir. Kitabın II hissəsi çapdadır bu yaxınlarda işıq üzü görəcək.
Monoqrafiyada Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq mahnı janrının təşəkkülü, inkişafı və milli köklərlə sıx əlaqəsi araşdırılır. Həmçinin Azərbacan bəstəkarlarının yaradıcılığında uşaq mahnılarının çiçəklənmə dövrü və inkişaf yolu tədqiq olunur.
Kitab geniş kütlə auditoriyasına və musiqişünaslara tövsiyyə olunur.