• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 noyabr 2017-ci il

    BMA-nın portalın “Elmin nəşrlər” bölməsində “Azərbaycan musiqi tarixi” (Layihənin rəhbəri və elmi redaktoru, akademik Zemfira Səfərova) I və II cild kitabları elektron dərs vəsaiti kimi öz yerini tapıblar.

    Beş cilddən ibarət “Azərbaycanın musiqi tarixi”nin birinci cildi musiqimizin ən qədim zamanlardan XX əsrə qədərki dövrünü əhatə edir. Qədim dövrün musiqisinin icmalı və təfsirindən sonra ayrıca bölmə kimi musiqimizin təməlini təşkil edən şifahi ənənəli peşəkar xalq musiqimiz – aşıq sənətimiz, muğamlarımız, musiqi folklorumuz – mahnılarımız, rəqslərimiz təhlil edilir, qədim musiqi alətlərimiz təqdim olunur. Nizami dövründə musiqimizin inkişafı (XII əsr), XIII–XV əsrlərdə musiqi elmimizin korifeyləri S.Urməvi, Ə.Marağai, F.Şirvani yaradıcılığı haqqında geniş məlumat verilir. Əsərdə orta əsrin bir sıra musiqi risalələrinin təhlili təqdim olunur. Azərbaycan muğam sənətinin inkişafında Şuşa, Şamaxı və Bakı muğam məclislərinin böyük rolu qeyd olunur. Qarabağın, Şuşanın Azərbaycan musiqisinin beşiyi, musiqi məbədi olması göstərilir. Böyük ensiklopedist-alim M.M.Nəvvabın və ustad xanəndə C.Qaryağdıoğlunun həyat və yaradıcılığının təhlili verilir. Azərbaycanın çoxəsrlik musiqi mədəniyyəti, XX əsrin əvvəllərində yaranan yazılı bəstəkarlıq yaradıcılığının təməli üçün, onun gələcək inkişafı üçün əsas olması vurğulanır.

    Çoxcildli “Azәrbaycan musiqi tarixi”nin ikinci cildindә, XX әsrin әvvәllәrindәn fәaliyyәtә başlamış bәstәkarlarımızın xronoloji sıra ilә portretlәri, onların hәyat vә yaradıcılığı araşdırılıb tәqdim olunmuşdur. Musiqi tariximizin bәhs etdiyimiz bu dövrü böyük bәstәkarlarımız Üzeyir Hacıbәyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbәyov, Asәf Zeynallı vә o vaxt Bakıda yaşayıb fәaliyyәt göstәrәn mәşhur rus-sovet bәstәkarı M.R.Qliyer, görkәmli bәstәkarlarımız Әfrasiyab Bәdәlbәyli, Niyazi, Sәid Rüstәmov vә Azәrbaycanın ilk qadın bәstәkarı Ağabacı Rzayevanın adıyla bağlıdır.
    Tәdqiqatın giriş vә sonrakı hissәlәrindә mәdәniyyәtimizdә, musiqimizdә baş verәn hadisәlәrin inikası, әsasәn opera vә operetta kimi janrlar haqqında mübahisәlәrin, diskussiyaların geniş müzakirәsi vә tәhlili tәqdim edilir. Kitabda bu dövrün görkәmli ifaçıları H.Sarabski, Bülbül, Ş.Mәmmәdova, Q.Almaszadә, R.Behbudov vә b. haqqında da mәlumat verilir, nadir fotolar, musiqi nümunәlәri, rus vә ingilis dillәrindә xülasә vә istifadә olunmuş әdәbiyyat tәqdim olunur.