13 oktyabr 2017-ci il
Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasında “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı həyata keçirilib
Oktyabrın 13-ü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı həyata keçirilib.
Bildiyimiz kimi, “Bir” Tələbə-Könüllü Proqramı könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi , vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Ölkədə bir sıra irimiqyaslı tədbirlərin həyata keçirilməsində və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğu danılmazdır. Bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq dünya görüşləri genişlənməkdə və akademik təhsildən ayrılmadan sosial aktivliyini artırmaqdadılar. Proqram Azərbaycan Respublikası Təhsil Nazriliyinin tabeçiliyində olan Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərlərində fəaliyyət göstərən 19 ali təhsil müəssisəsini əhatə edir.
BMA-da baş tutan təqdimatda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının ümumi işlər üzrə koordinatoru Canoğlan İlyasovun çıxışı əsasında tələbələr Proqram, onun fəaliyyəti, uğurları, ilə yaxından tanış olublar. Tələbələrə eyni zamanda videoçarx vasitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramının təlim prosesindən maraqlı kadrlar da nümayiş olunub.