6 oktyabr 2017-ci il
6 oktyabr 2017-ci il tarixində İspaniya Krallığı Səfirliyinin Müvəqqəti İşlər Vəkili İqnasiyo Sançez Taboada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
qonağı olmuşdur. Cənab İ.S.Taboada BMA-nın rektoru SSRİ və Azərbaycan Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür. Görüşdə iki ölkənin musiqi mədəniyyəti və musiqi təhsili haqqında söhbətlər aparılmışdır.