• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2017-ci il

    Üzeyir Hacıbəyli adına BMA-nın Q.Qarayev Konfrans zalında Norveç Krallığı, Bergen Universiteti nəzdində yerləşən Qriq Akademiyasının Beynəlxalq Əlaqələr üzrə Koordinatoru Dagfinn Bach ilə  “Music and Artistic Research Knowledge Network Eurasia” adlı layihəsi üzrə  görüş keçirilmişdir.

    BMA-dan Beynəlxalq Əlaqələr üzrə prorektoru prof.Yeganə Axundova, Rektor müşaviri Cahangir Səlimxanov, Tədris işləri üzrə Prof. Nərminə Quliyeva, İfaçılıq fakültəsinin dekanı, Prof. Nəzmiyyə Abbaszadə, Fortepiano fakültəsinin dekanı, Prof. Nəzakət Rimazi, Beynəlxalq layihələr üzrə koordinator Nigar İbrahimova, Musiqi nəzəriyyəsi kafedrasının müəllimi Tamilla Süleymanova, fortepiano kafedrasının müəllim-assistenti Əmirova Cəmilə, Orqan və klavisin kafedrasının müəllimi Səbinə Bəylərbəyova iştirak etmişlər. Görüşdə Gürcüstan Respublikasında müzakirə olunan layihənin davamı kimi tanışlıq, layihənin koordinatoru Dagfinn Bach tərəfindən təqdimatlar və layihə daxilində nəzərdə tutulan universitetlər arası tələbə mübadiləsi, birgə konsert təşkil olunması və universitetlərarası forumun keçirilməsinə baxılmışdır.